Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

HSBC Türkiyə üçün inflyasiya proqnozunu artırıb

HSBC Türkiyə üçün 2024-cü il üzrə inflyasiya proqnozunu 47,9 faizdən 49,4 faizə yüksəldib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
HSBC Türkiyə üçün inflyasiya proqnozunu artırıb

Seçkilərdən sonra Türkiyədə siyasətlərdə böyük dəyişiklik nəzərdə tutmayan qlobal bank HSBC, Türkiyə ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib.

Marja xəbər verir ki, bank, 2024-cü il üçün inflyasiya proqnozunu 47,9 faizdən 49,4 faizə yüksəldib. 2025-ci il üçün inflyasiya proqnozu 29 faiz səviyyəsində qalıb.

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) son inflyasiya hesabatında 2024-cü il sonu proqnozu 36% olaraq qeyd olunub.

HSBC Türkiyənin iqtisadi artım proqnozlarına da yenidən baxıb. Müvafiq olaraq, 2024-cü il üçün iqtisadi artım proqnozu 2,5 faizdən 3,1 faizə yüksəldilib. 2025-ci il üçün gözlənti 3,5 faizdən 3,6 faizə qaldırılıb.

HSBC 2024-cü il üçün TCMB-nin uçot dərəcəsi proqnozunu 45 faiz səviyyəsində saxlasa da, artım ehtimalına da diqqət çəkib. Bank inflyasiya proqnozlarını nəzərə alaraq, yalnız 2025-ci ilin birinci rübündə faiz dərəcələrinin azaldılması üçün imkanların olacağını bildirib.

HSBC, "Daha da sərt pul siyasəti iqtisadiyyatın daha tez soyumasına kömək edəcək, lakin biz mərhələli bir yanaşma gözləməyə davam edirik", - bildirib.

14.03.2024 14:05
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19