"CPM-İnvest"in səhmləri listinqə daxil edilib
18 mart 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "CPM-İnvest İnvestisiya Şirkəti” ASC-nin 400 min manat dəyərində səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilib.
Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.
19 mart 2024-cü il tarixində "CPM-İnvest İnvestisiya Şirkəti” ASC-nin səhmləri üzrə abunə yazılışı baş tutacaqdır. Səhmlər üzrə yerləşdirmə 27 mart - 1 aprel tarixləri aralığında keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter "CPM-İnvest İnvestisiya Şirkəti” ASC-dir
Adi, adlı, sənədsiz səhmlərin sayı 400 ədəd, hər birinin nominal dəyəri 1000 manatdır.
Yerləşdirmə uğurla yekunlaşarsa “CPM-İnvest İnvestisiya Şirkəti”nin nizamnamə kapitalı 400 min manatdan 800 min manata yüksələcəkdir.
“CPM-İnvest İnvestisiya Şirkəti” ASC-nin yeganə səhmdarı Məmmədova Kəmalə Qələndər qızıdır.
“CPM-İnvest İnvestisiya Şirkəti” ASC İŞ-07 nömrəli, 14 noyabr 2022-ci il tarixli lisenziya əsasında investisiya şirkəti fəaliyyətini həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Dolların beynəlxalq ödənişlərdəki payı 2023-cü ildən bəri ilk dəfə 50% səviyyəsini keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
-
2 saat əvvəl
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Aeroportların tikintisi üçün torpaq alınması dövlət ehtiyacı sayılacaq
-
3 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 50 investor əldə etdi
-
3 saat əvvəl
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
Əliyevlə Tramp arasında görüş keçirilib
Unibank sahibkarlar üçün yeni kampaniya keçirir
Ən çox oxunanlar
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Yanvarın 23-də gözlənilən hava şəraiti
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib




















