Təxminən 10 milyard manatı "yedik-içdik"
2017-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,8 faiz üstələyərək 19,0 milyard manata bərabər olmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, Ticarət dövriyyəsinin 9,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-iyul aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,2 faiz və 2,4 faiz üstələmişdir.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2016-cı ilin yanvar-iyul aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 18 987,3 | 101,8 |
o cümlədən: ərzaq məhsulları | 8 626,9 | 101,3 |
içkilər və tütün məmulatları | 935,4 | 100,2 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 3 408,7 | 102,8 |
elektrik malları və mebellər | 1 167,4 | 101,9 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 140,2 | 100,7 |
əczaçılıq və tibbi mallar | 260,7 | 101,2 |
avtomobil yanacağı | 940,9 | 99,6 |
digər qeyri-ərzaq məhsulları | 3 507,1 | 103,1 |
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,4 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 17,9 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,0 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2017-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının 11,7 faizi ticarət müəssisələri, 53,5 faizi fərdi sahibkarlar tərəfindən, 34,8 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 4,3 faiz, fərdi sahibkarlar üzrə 2,2 faiz, bazar və yarmarkalar üzrə 0,3 faiz artmışdır.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 279,2 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 39,0 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 140,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,6 manatlıq qeyri-ərzaq məhsulları almışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
34 d. əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
- 2 saat əvvəl
-
-
4 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
4 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
7 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 7 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb























