Agentlik: Rusiyalı turistlərin azad olunmuş Qarabağa marağı böyükdür
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin turizm potensialı Rusiyada keçirilən 30-cu “MITT - beynəlxalq turizm və qonaqpərvərlik sənayesi” sərgisində təqdim olunur.
Bunu Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə bildirib.
O qeyd edib ki, 30-cu “MITT - beynəlxalq turizm və qonaqpərvərlik sənayesi” sərgisində ölkəmizi “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi ilə yanaşı, 13 yerli sənaye nümayəndəsi təmsil edir.
“Rusiya Azərbaycan turizmi üçün prioritet bazarlardan biridir. Ötən il Azərbaycana səfər edən xarici turistlər arasında ilk yeri məhz Rusiya Federasiyasının vətəndaşları tutub. Belə ki, 40 faiz artımla 624 mindən çox Rusiya vətəndaşı Azərbaycana səfər edib. Rusiya vətəndaşlarının xarici ölkələrə etdikləri səfərlər arasında da ilk yeri Azərbaycan tutur. Biz Rusiyadan Azərbaycana gələn turistlərin sayını daha da artırmağı planlaşdırırıq”, - deyə o bildirib.
Kənan Quluzadə xatırladıb ki, martın əvvəlində Azərbaycan ilə Rusiya arasında 2024-2026-cı iləri əhatə edən hökumətlərarası saziş imzalanıb. Üç il ərzində digər sahələrlə yanaşı, turizm sahəsində də əməkdaşlığı genişləndimək nəzərdə tutulub. O, həmçinin yaxın vaxtlarda Azərbaycan Turizm Agentliyinin Rusiyada nümayəndəliyinin açılacağını da diqqətə çatdırıb.
Moskva sərgisində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin turizm potensialının da təqdim olunduğunu vurğulayan Dövlət Turizm Agentliyinin nümayəndəsi deyib:
“Azad olunmuş ərazilərimiz dünya üçün yeni formalaşan disseminasiyadır. Bu ərazilərdə rekord sürətlə infrastruktur, o cümlədən turizm infrastrukturu yaradılır. Cari ildən etibarən azad edilmiş ərazilərə xarici turistlərin səfərləri təşkil olunur. Müxtəlif ölkələrdən, o cümlədən Rusiyadan da işğaldan azad edilmiş ərazilərə turistləri cəlb etməyə başlamışıq. Biz görürük ki, sərgilərdə, beynəlxalq tədbirlərdə bu ərazilərə maraq böyükdür. Azərbaycanın Qarabağ İqtisadi Zonasının güclü turizm potensialı var. Orada müxtəlif turizm xidmətləri, o cümlədən yay turizmi, qastro turizm, qış turizmi ilə bağlı xidmətlər yaradılacaq ki, bütün ölkələrdən gələn turistlər bizim Qarabağımızı və Şərqi Zəngəzurumuzu görsünlər və bəyənsinlər”, - Kənan Quluzadə vurğulayıb.
© APA
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 12 saat sonra
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















