AirChina Çin istehsalı olan 100 sərnişin təyyarəsi alacaq - QİYMƏT
Çinin hava yolu şirkəti AirChina, Çinin Kommersiya Təyyarə Korporasiyası (COMAC) tərəfindən istehsal edilən 100 ədəd "C919" tipli yerli sərnişin təyyarəsi alacağını açıqlayıb.
Marja.az xbər verir ki, Şirkət Şanxay Birjasına etdiyi bildirişdə100 yeni orta məsafəli sərnişin təyyarəsi sifariş etdiyini qeyd edib.
AirChina, təyyarələrin 2024-2031-ci illər arasında çatdırılması planlaşdırılan C919-ların hər biri üçün 108 milyon dollar ödəmək barədə razılığa gəlib.
Maraqlıdır ki, müqavilədə yeni buraxılan C919 üçün ilk satışlarından daha yüksək qiymət müəyyən edilib.
AirChina 25 dekabr 2023-cü ildə COMAC-dan 6 ədəd C919 və 11 ədəd qısa məsafəli regional ARJ21 sərnişin təyyarəsi sifariş etdiyini açıqlamışdır.
Digər dövlət aviaşirkəti China Eastern, COMAC ilə 2021-ci ildə hər biri 99 milyon dollara 5 ədəd C919 almaq barədə razılığa gəlib.
C919-un ilk tədarükü 9 dekabr 2022-ci ildə edilib, təyyarə Şanxay və Pekin arasında ilk kommersiya uçuşunu 28 may 2023-cü ildə edib.
China Eastern 28 sentyabr 2023-cü ildə 2024 və 2031-ci illər arasında təhvil veriləcək daha 100 ədəd C919 almağa razılaşdıqlarını açıqlayıb.
Çinin ilk yerli istehsal orta məsafəli sərnişin təyyarəsi
Çinin ilk yerli istehsal olan orta məsafəli sərnişin təyyarəsi "C919", "Boeing 737" və "Airbus 320" model sərnişin təyyarələrinin ekvivalenti kimi dizayn edilmişdir.
Təyyarə ilk sınaq uçuşunu 14 may 2022-ci ildə edib və 30 sentyabr 2022-ci ildə uçuş üçün yararlılığını təsdiq edən lisenziyanı, 30 noyabr 2022-ci ildə isə kütləvi istehsal lisenziyasını alıb.
Dünyada mülki aviasiya sektorunda ən çox istifadə edilən təyyarə növü olan “orta məsafəli” sərnişin təyyarəsinin istifadəyə verilməsi ilə ABŞ-ın və Fransanın (Boeing və Airbus şirkətləri) hakim olduğu qlobal sərnişin təyyarələri bazarında Çinin də pay sahibi ola biləcəyi qiymətləndirilir.
2008-ci ildə COMAC tərəfindən hazırlanmağa başlayan "C919" ölkənin xarici asılılığını azaltmağı hədəfləsə də, reaktiv mühərrik və idarəetmə proqramı kimi mühüm komponentlər General Electric və Honeywell kimi ABŞ şirkətləri tərəfindən istehsal edildiyi üçün tamamilə yerli deyil.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 13 d. əvvəl
- 37 d. əvvəl
-
46 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
50 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı







.jpg)





.jpg)






