"Əsas məqsədimiz əhalini əmanətlərini daha uzun müddətə yerləşdirilməsini təşviq etməkdir"
Bu ilin yanvarın 1-nə olan məlumata görə, əhalinin əmanətlərinin 82-83 %-i Azərbaycan banklarına 1 illik müddətinə yerləşdirilib.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
"İnsanları daha uzunmüddətli əmanət yerləşdirməsini stimullaşdıraq üçün AMB əhalinin əmanətlərindən əldə etdiyi gəlirin vergiyə [10 % dərəcə ilə] cəlb edilməsi təklif etdi", - T. Kazımov deyib.
Onun sözlərinə görə, əhalinin əmanətlərindən əldə etdiyi gəlirin vergiyə cəlb edilməsi həmçinin həmin ölkəninn inkişafı ilə bağlıdır.
"Digər tərəfdən, əmanətçilərin 72-75 %-i isə 30 min manata qədər əmanət yerləşdirənlərdir. Onları da uzunmüddətli əmanət yerləşdirməyə təşviq etmək üçün təklif etdik ki, onların miniumum 18 ay müddətinə yerləşdirdiyi əmanətlər vergidən azad edilsin", - AMB rəhbəri əlavə edib.
Xatırladaq ki, 2024-cü ildən etibarən Azərbaycanda fiziki şəxslərin milli valyutada bank depozitləri üzrə gəlirlərinin vergiyə cəlb olunmasında bir sıra güzəştlər tətbiq olunur.
Yerli bank və xarici bankın Azərbaycandakı filialı tərəfindən fiziki şəxslərin hər bir milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi üç il müddətinə vergidən azad edilir.
Bundan başqa, hər bir bankda milli valyutada olan əmanətlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək hissəsi fiziki şəxslərin gəlir vergisindən azad edilir.
Qeyd edək ki, 7 il müddətində yerli bankın və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirləri gəlir vergisindən azadolma müddəti 2023-cü ildə başa çatıb. Bununla əlaqədar, 2023-cü il fevralın 1-dən banklar əmanətlər üzrə faiz gəlirlərindən ödəmə mənbəyində 10 % dərəcə ilə vergi tutur.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























