3 ölkə enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu imzaladı
Özbəkistanda Azərbaycan, Özbəkistan və Qazaxıstanın müvafiq nazirliklərinin rəhbərlərinin “yaşıl” enerjinin Azərbaycan ərazisindən keçməklə Avropaya ixracı mövzusunda ikinci görüşü keçirilib, enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu imzalanıb.Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazovun Özbəkistana səfəri çərçivəsində bu ölkənin investisiya, sənaye və ticarət naziri Laziz Kudratov, energetika naziri Jurabek Mirzamaxmudov və Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev arasında “yaşıl” enerjinin Azərbaycan ərazisindən keçməklə Avropaya ixracına dair üçtərəfli görüş keçirilib. Görüşdə həmçinin, bərpaolunan enerji sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlərin və maliyyə institutlarının nümayəndələri iştirak edib.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumaytda bildirilir ki, tədbirdə dövlət başçılarının siyasi iradəsinin iqtisadi əməkdaşlığın intensivləşməsi üçün möhkəm təməllər yaratdığı, çoxşaxəli münasibətlərin inkişaf etdiyi qeyd olunub. Bildirilib ki, ölkələrimiz zəngin bərpa olunan enerji mənbələrinə malikdir və həyata keçirilən layihələr elektrik enerjisinin istehsalı və ixracını stimullaşdırır.
Görüşdə Mərkəzi Asiyadan Azərbaycan ərazisi ilə Avropaya elektrik enerjisinin ixracı perspektivləri müzakirə edilib. 2023-cü ilin sonunda Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq nazirliklərinin rəhbərlərinin imzaladığı Birgə Kommünikedən irəli gələn məsələlərin icrası, “yaşıl” enerji layihələri üzrə birgə fəaliyyətin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Birgə İşçi Qrup enerji mübadiləsi, müvafiq infrastrukturun yaradılması sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində səmərəli fəaliyyət göstərir.
Bildirilib ki, Xəzər dənizi - Qara dəniz - Avropa enerji dəhlizinin yaradılması iştirakçı ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək, energetika sistemləri və iqtisadiyyatları arasında əlaqələri möhkəmləndirəcək.
Görüş çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsi layihəsinin birgə həyata keçirilməsi (“Yaşıl dəhliz”) ilə bağlı təqdimat nümayiş olunub.
Tədbir çərçivəsində “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” imzalanıb. Sənədin icrası “yaşıl” enerjinin istehsalı və Azərbaycan ərazisi vasitəsilə Avropaya ixracı, enerji sistemlərinin inteqrasiyası və bərpaolunan resurslardan səmərəli istifadənin təşkili istiqamətində birgə hədəflərin həyata keçirilməsinə təkan verəcək.
Memoranduma əsasən 3 ölkənin enerji sistemlərinin birləşdirilməsi üzrə layihə ilə bağlı Katibliyin funksiyalarının yerinə yetirilməsi Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə həvalə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
18 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Lombard Türkanə” həbs edildi - 400 minlik ziyan...
Azərbaycan neftinin son qiyməti
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI





















