İşçi “boş-bikar” sözünü qəbul etməyib şirkət rəhbərini məhkəməyə verdi - Azərbaycanda
Azərbaycanda iş adamı “boş-bikar” ifadəsinə görə məhkəməyə verilib.
Belə bir iddia ilə Nuridə Məmmədova (ad-soyad şərtidir) adlı vətəndaş Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb.
Belə ki, o, 2023-cü ildə 15 nəfərə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi’’ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hər birindən 5000 min manat tələb edib. Cavabdehlərdən Nazim Qurbanov (ad-soyad şərtidir) məhkəmədə “İddiaçı boş-bikar adamdır. Biz iş adamıyıq” deməsi Nuridə Məmmədovanın onun barəsində xüsusi ittiham qaydasında şikayət ərizəsi yazması ilə nəticələnib. O, iş adamının Cinayət Məcəlləsinin 148-ci maddəsi (Təhqir) ilə cinayət məsuliyyətinə cəlb edilərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş edib.
Məmmədova iddiasını onunla əsaslandırıb ki, o, üç ali təhsilə sahibdir, bir sıra dövlət və özəl qurumlarda çalışıb və bu səbəbdən ona “boş-bikar adamdır” deyilməsini özünə təhqir kimi qəbul edib.
Təqsirləndirilən şəxs (mülki cavabdeh) Nazim Qurbanov isə məhkəmədə ifadəsində Nuridə Məmmədova təhqir etmədiyini bildirib:
“Məhkəmədə hakimlə iki dəqiqəlik dialoqda “xanımın ola bilsin ki, zamanı var, boş zamanı çoxdur, ola bilsin boş-bikardır və dayanmadan polisə, məhkəmə orqanlarına şikayətlər yağdırır” demişəm. İşimlə bağlı səfərdə oluram, gələ bilmirəm, işim xüsusi təyinatlı sahədir, vaxtım olmur. Əgər “boş-bikar” sözü Azərbaycan dilinin leksikonunda təhqir ifadəsi olaraq hesab olunsa belə, həmin sözü təhqir kimi qəbul etmirəm. Məsələn, həkim “həftənin üçüncü günü boş-bikarsansa, gəl analizlərini ver” deyirsə, onda həkim məni təhqir edir? Mən bu sözü ailədə də istifadə edirəm”.
İddiaçı məhkəməyə səbəb olan sözlə bağlı ekspertizanın Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu tərəfindən həyata keçirilməsini istəyib. Ekspert rəyində isə göstərilib ki, “boş-bikar” ifadəsi haqqında danışılan şəxsin şərəf və ləyaqətini alçaltmaq və ya təhqir etmək məqsədilə deyil, sadəcə onun işsiz-gücsüz olmasını vurğulamaq mənasında işlənir.
Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından, iş adamına həmin maddə ilə bəraət verilib.
Qeyd edək ki, adını açıqlamadığımız iş adamının direktoru olduğu şirkət kənd təsərrüfatı sahəsində ixtisaslaşıb.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
6 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
6 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir






















