Zamanın obyektivində BAM: magistralın 50 illiyinə və Heydər Əliyevin misilsiz xidmətlərinə həsr olunmuş sərgi.

(®) Bu il dünya dəmir yolu tarixinin ən miqyaslı layihələrindən Baykal-Amur Magistralı (BAM) 50 illik yubileyini qeyd edir.
4300 kilometr uzunluğundakı BAM-ın genişmiqyaslı tikintisinə 1974-cü ilin aprelində 2 milyondan çox insanın iştirakı ilə başlanmışdı. BAM-ın tikintisi üzrə komissiyaya rəhbərlik edən Ümummilli Lider Heydər Əliyevin unikal idarəetmə keyfiyyətləri sayəsində nəhəng layihə uğurla başa çatdırıldı. Bu layihə dəmir yolu tarixinin ən iri mühəndis nailiyyətlərindən biri hesab edilməklə coğrafi baxımdan əlçatmaz regionların mənimsənilməsində nümunə hesab olunur.
Dahi azərbaycanlı siyasətçinin magistralın ərsəyə gəlməsindəki müstəsna xidmətləri Azərbaycanda geniş işıqlandırılır. BAM-ın yubileyi və Ulu Öndər Heydər Əliyevin nəhəng layihənin həyata keçirilməsində rolu münasibətilə “Azərbaycan Dəmir Yolları” QSC BAM Günlərində (5-15 may tarixləri) bir sıra tədbirlər təşkil edir.
Ötən il Heydər Əliyevin yubileyi münasibətilə Kazan vağzalının “Çar” qülləsində BAM-ın tikintisində çəkilən fotolardan ibarət təşkil olunmuş sərginin eksponatları Bakı Dəmiryol Vağzalında nümayiş olunacaq.
Vağzalın gözləmə zalında Heydər Əliyevin həm də Baykal-Amur Magistralının inşasında təşkilatçı kimi rolundan bəhs edən “Ömrün dəmir yolları” sənədli filminin nümayişi baş tutacaq. Bu filmi, eləcə də tanınmış kinorejissor, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Vaqif Mustafayevin müəllifi olduğu “Xüsusi təyinat” adlı ekran əsərini Azərbaycan Dəmiryol Muzeyinin kino zalında da izləmək mümkün olacaq.
BAM Günlərində nəqliyyat üzrə təhsil alan tələbələr isə Heydər Əliyevin bu nəhəng layihənin ərsəyə gəlməsində böyük əməyini, eləcə də tikinti sahələrinə səfərini əks etdirən arxiv fotolarından ibarət sərgi ilə tanış ola biləcəklər.
Tikintisinə 1930-cu illərdə başlanılan Baykal-Amur Magistralı 1970-ci illərdə yeni inkişaf dövrünə qədəm qoydu. Layihə nəhəng olduğundan dəmir yolu boyunca 4242 körpü inşa edilmişdi. Magistral regionun təbii sərvətləri nəzərə alınaraq salınmışdı. Belə ki, dəmir yolu xətti boyunca kömür, dəmir-filiz, neft-qaz və polimetal yataqları yerləşir.
Ümummilli Lider Heydər Əliyev mürəkkəb iqlim və geoloji şərtlərdə tikintisi həyata keçirilən magistralın reallaşmasına danılmaz töhfə verdi, tikintisinə başlandığı ilk illərdə geniş ərazilərdə bir sığınacağın belə mövcud olmadığı layihənin optimallaşdırılmasına təkan verdi və burada geniş infrastruktur yaradıldı. Ulu Öndər Heydər Əliyevin böyük rolu BAM-ın inşaatçıları tərəfindən də yüksək qiymətləndirilmişdi. Onlar nəhəng dəmir yolunun “qızıl birləşmə” çivinin vurulmasını məhz Heydər Əliyevə təklif etdilər.
18 iyul 2008-ci ildə Sovet İttifaqının nəqliyyat sahəsinin kuratoru olan Heydər Əliyevin əməyinə təşəkkür əlaməti olaraq BAM üzərində yerləşən Anqoya stansiyasına Ümummilli Liderin adı verildi.
Qeyd etmək lazımdır ki, azərbaycanlı inşaatçılar BAM-ın 210-cu kilometrliyində yerləşən Ulkan stansiyasını və eyniadlı qəsəbəni planlaşdırılmış müddətdən iki ay tez inşa etdilər. Bütün işlər birbaşa Heydər Əliyevin nəzarəti altında həyata keçirilirdi. Onun göstərişi ilə “AzBAMstroy” Tikinti-Quraşdırma İdarəsinin Ulkan stansiyasının binasının bəzədilməsində Azərbaycan milli ornamentlərindən istifadə edilmişdi.
BAM-ın tikintisində qazadıqları təcrübə sayəsində azərbaycanlı inşaatçılar müstəqil Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində də fəal iştirak etdilər. Bu, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu böyük milli və beynəlxalq nəqliyyat, o cümlədən dəmir yolu layihələrində əhəmiyyətli dərəcədə özünü göstərdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
6 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 16 saat əvvəl
-
20 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
21 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
22 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
