Əmək müqavilələrinin sayı və məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artır
Azərbaycanda əmək müqavilələrinin sayı 1,8 milyondan çoxdur.
Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, 5 ildən çox bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.
"İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 442 min 126 vahid artıb və 2024-cü ilin may ayının 1-nə 1. milyon 844min 41 olub. Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 398 min 852 vahid artaraq 938 min 774 olub", -məlumatda deyilir.
Dövlət sosial sığorta haqları üzrə daxilolmalar 11 faizdən çox artıb
2024-cü ilin yanvar-aprel ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1,8 milyard manatdan çox olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz və ya 190,1 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 14 faiz artaraq 1,2 milyard manata yaxın olub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 13,8 faiz artaraq 64,5 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17,1 faiz artıb və 48,9 milyon manata çatıb.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artaraq 318,3 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,2 faiz artıb və 225,1 milyon manat olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
9 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)
















.jpg)

