Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi
Azərbaycan Dəmir Yolları (ADY) Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə əhəmiyyətli dərəcədə artmaqda olan yükaşırmaların daha böyük sürətlə həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycanın Astara rayonunda yerləşən yük həyətinin rekonstruksiya işlərini uğurla başa çatdırılıb və həmin ərazidə Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi tərəfindən gömrük nəzarəti təşkil edilib.
ADY-nin yaydığı məlumatda bildirilir ki, terminalda aparılmış rekonstruksiya işləri çərçivəsində yük anbarı müasir standartlara uyğun olaraq təmir edilib, əməliyyatların təhlükəsiz və dayanıqlı həyata keçirilməsi üçün zəruri texnikalarla təchiz olunub. Ərazi bütövlükdə tikanlı məftillərlə əhatələnib, 54 ədəd hərəkətli və stabil mühafizə videokamerası quraşdırılıb, tam işıqlandırma təmin edilib, 24 saat mühafizə qurulub və digər bütün təşkilati məsələlər həll edilib. Həmçinin qəbul edilən yüklərin çəkisinin müəyyən edilməsi üçün terminalda tərəzi quraşdırılıb.
5,5 hektar ərazidə yerləşən terminalda Dövlət Gömrük Komitəsi ilə birgə gömrük məntəqəsi yaradılıb, məntəqəyə sürətli internet xətti çəkilib, bütün lazımi avadanlıq və kompüterlər quraşdırılıb. Terminalda ekspeditor şirkətlərinə yeni xidmətlər paketi – multimodal daşıma servisləri təqdim olunur.
Gömrük nəzarəti altında terminala daxil olan yüklər aşırılaraq təyinatı üzrə sürətli şəkildə çıxarılır.
Terminalın əsas üstünlüklərindən biri də qəbul edilən yüklərin daşınması və aşırılması üçün yük sahiblərinə endirimli tariflərin tətbiq olunmasıdır.
İlkin hesablamalara görə, Astara Terminalının işə düşməsi Şimal-Cənub marşrutu üzrə tranzit yükdaşımaları cari ilin sonuna kimi 10-15%-ə qədər artırmağa imkan verəcək.
Hazırda qəbul edilən yüklər arasında ümumi dövriyyənin təqribən 40 faizini təşkil edən taxta yükləri əsas paya sahibdir. Taxıl və taxıl məhsulları 35 faiz göstərici ilə ikinci ən çox qəbul edilən yük növüdür.
Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə multimodal daşıma xidmətləri bu günə kimi yalnız ADY-nin İran İslam Respublikasının Astara şəhərində fəaliyyət göstərən terminalında həyata keçirilirdi. Bu terminalın tikintisi barədə saziş 2017-ci ildə imzalanıb, terminalda yükaşırma əməliyyatları 2018-ci ildən həyata keçirilir. Terminalda inşaat işlərinin bu ilin sonunadək tamamlanması planlaşdırılır.
İran ərazisindəki Astara-Rəşt dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra hər iki Astara Terminalı vasitəsilə qəbul edilən tranzit yüklərin əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
İran ərazisində 2018-ci ildən fəaliyyət göstərən Astara Terminalında “Astara Terminal” MMC tərəfindən 2018-2023-cü illərdə 2,5 milyon tondan çox yük aşırılıb. Bu dövr ərzində aşırılan yüklərin illik həcmi 3 dəfədən çox artıb – 2018-ci ildə 211 789 tondan 2023-cü ildə 692 402 tona çatıb. 2023-cü ildə qeydə alınan rəqəmlər 2022-ci illə müqayisədə 48 faiz çox olub. 2024-cü ilin dörd ayında isə bu terminalda 284 688 ton yük aşırılıb, nəticədə 2023-cü ilin analoji dövrünə nisbətən 14 faiz artım qeydə alınıb.
ADY-nin tranzit yük daşımaları 2024-cü ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 2 milyon 517 min tona çatıb. Analoji dövrdə Şimal-Cənub dəhlizi ilə yükdaşımaların həcmi ötən ilin dörd ayı ilə müqayisədə 29 faiz artaraq 260 min ton olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
-
15 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 15 saat əvvəl
-
15 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
17 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 17 saat əvvəl
-
17 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 17 saat əvvəl
-
17 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb

















