Azərbaycanın iri aqrar şirkəti zərərdən mənfəətə keçib
2022-ci ildə "SƏBA" ASC-nin satışdan gələri 91 milyon 195 min manat, xalis mənfəəti 14 milyon 378 min manat təşkil edib."SƏBA" ASC və onun törəmə müəssisələri ("SƏBA Group") 2022-ci ili 14 milyon 378 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Şirkət 2021-ci ili 8 milyon 338 min manat xalis zərər ilə bağlamışdı. Şirkətin 2022-ci ildə zərərdən mənfəətə keçməsi gəlirlərinin artması ilə əlaqədardır.
SATIŞDAN GƏLİRİ ARTIB
Marja.az Şirkətin konsolidə edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, "SƏBA" ASC-nin əsas əməliyyat gəliri (satış) 2021-ci ildə 72 milyon 564 min manat ikən, 2022-ci ildə 91 milyon 195 min manata yüksəlib (18 milyon 631 min manat və ya 25,7% artıb).
ŞİRKƏT BÖYÜYÜB
31 dekabr 2022-ci il tarixində "SƏBA" ASC 72 milyon 261 min manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 70 milyon 469 min manat vəmi aktivlər əmalik idi.
Qeyd edək ki, "SƏBA" qrupa quş əti istehsalçısı "SƏBA" ASC, süd, süd və ət məhsulları istehsalçısı "Biləsuvar Aqro, toxum istehsalçısı "Qarabağ Toxum", taxıl istehsalçısı "Qarabağ Taxıl" və orqranik qübrələr istehsalçısı "Səba Orqanik Gübrə" daxildir.
31 dekabr 2022-ci il tarixində "SƏBA" ASC-nin səhmdarları "Bakı İnvestisiya Şirkəti" MMC (37,31%), Hidayət Quliyev (37,31%), Azərbaycan İnvestisiya Şirkəti (25%) və digərləri (0,38%) olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
11 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
11 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
11 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
15 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 16 saat əvvəl
-
16 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
16 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb





























