İki ilin may aylarının müqayisəsində sərnişin sayı 5 faiz artıb

Bakı metropoliteni 2024-cü ilin may ayında 21 milyon 64 min 976, yaxud orta statistik hesabla gün ərzində 679 min 515 sərnişin daşıyıb.
Marja.az Bakı metropoliteninə istinadən xəbər verir ki, güzəştli imtiyaza malik olaraq, ödənişsiz əsaslarla metropolitendən 546 min 369 sərnişin istifadə edib.
Metropolitenə ən çox sərnişin may ayının 21-də daxil olub (800 min 901). Ən az sərnişin daşınan gün isə ayın 12-sidir (431 min 715).
Ay ərzində 10 qeyri-iş günü olub. Bayram və istrahət günlərində orta hesabla gündəlik daşıma 512 min 271 sərnişin olub. Qalan 21 iş günü ərzində orta statistik gündəlik daşıma 759 min 154 sərnişin təşkil edib. Ümumiyyətlə, ay ərzində metropolitendən istifadə edən sərnişinlərin 75.68 %-i məhz iş günlərində yeraltı nəqliyyatın xidmətinə müraciət edib.
Postpandemiya dövründə may aylarının müqayisəsinə əsasən, sərnişin sayı artmaqdadır. 2024-cü ilin may ayında pandemiyadan əvvəlki 2019-cu ilə nəzərən cəmi 1.6 % az sərnişin daşınsa da, 2022-ci və 2023-cü illərin eyni dövrləri ilə müqayisədə sərnişin daşıma artımı, müvafiq olaraq, 16.3 % və 5 % olub.
İlin 5 ayının müqayisəli təhlili də sərnişindaşımada artım müşahidə olunduğunu göstərir (2022-ci ilə nəzərən 16.4 %, 2023-cü illə müqayisədə 3.6 %). Lakin ötən 5 ayda 2019-cu ilin eyni dövründən 3.5 % az sərnişin daşınıb.
Ay ərzində “Əlçatan metro layihəsi üzrə xidmətə 88 əlil arabası istifadəçisi müraciət edib. Ötən ilin may ayı ilə müqayisədə cari ilin eyni ayında 7 sərnişin az daşınıb. Lakin iki ilin 5 ayı üzrə nəticələrə nəzər saldıqda, bu xidmətdən istifadə edənlərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 44.13 % artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
- 20 d. əvvəl
-
- 29 d. əvvəl
-
35 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 9 saat əvvəl
-
9 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 9 saat əvvəl
-
11 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 11 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
12 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub

Rəsmi məzənnələr açıqlandı

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
Ən çox oxunanlar
