AZANS, “Aireon” və “Metron Aviation” ən yeni rəqəmsal platformaların hazırlanması üçün razılıq əldə edib
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) “Aireon Safety Dashboard” və “Aireon Locate” platformalarının öz əməliyyatlarında tətbiq edilməsi haqqında “Aireon” şirkəti ilə mühüm müqavilə imzalayıb.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, “Safety Dashboard” uçuş təhlükəsizliyi göstəricilərini təhlil etmək imkanı yaradacaq və bunun sayəsində aviasiya proseslərinin idarə edilməsinin daha da optimallaşdırılması mümkün olacaqdır. Kosmik avtomatlaşdırılmış radioyayım müşahidəsindən (ADS-B) istifadə edən “Aireon Locate”, öz növbəsində, bütün dünya üzrə axtarış və xilasetmə əməliyyatlarının aparılması üçün istifadə olunacaq. Qeyd olunan platforma qəza vəziyyətində olan təyyarələrlə bağlı fövqəladə hallara çevik reaksiya verilməsini tələb edən şəraitlər üçün xüsusi nəzərdə tutulub.
Bundan əlavə, AZAL, “Aireon” və “Metron Aviation” arasında aviasiya analitikasına dair rəqəmsal platformaların birgə işlənib hazırlanmasına yönəlmiş Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd AZAL-ın prezidentinin müşaviri və AZANS-ın direktoru Fərxan Quliyev, “Aireon” şirkətinin baş direktoru Don Toma və “Metron Aviation” şirkətinin prezidenti Kris Cordan tərəfindən imzalanıb.
“Aireon” peyk məlumatlarına əsaslanan aviasiya platformalarının birgə inkişafı hava hərəkətinin proqnozlaşdırılması və idarə edilməsində köklü dəyişikliklər vəd edir. Bu yeniliklər hava gəmilərinin mövqelərinin davamlı izlənilməsini və hava hərəkətinin proqnozlaşdırılmasını təmin etməklə Azərbaycanda hava daşımalarının təhlükəsizliyini və səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaqdır.
Sənədlərin imzalanması iyunun 11-dən 13-nə kimi Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammiti 2024 və CANSO-nun 28-ci İllik Ümumi İclası çərçivəsində baş tutub.
AZAL, “Aireon” və “Metron Aviation” arasında əməkdaşlıq risklərin minimuma endirilməsinə və əməliyyatların optimallaşdırılmasına yönəlmiş qabaqcıl məhsul və texnologiyaların yaradılması, Azərbaycanın aviasiya sahəsində ən son texnologiyaların tətbiqi ilə bağlı təşəbbüsünün dəstəklənməsi üçün yeni imkanlar təqdim edir.
“Aireon”
“NAV CANADA”, “AirNav Ireland”, ENAV, NATS və “Naviair”, eləcə də “Iridium Communications” kimi dünyanın aparıcı aeronaviqasiya xidmətləri təchizatçıları ilə əməkdaşlıq etməklə, “Aireon” aviasiya sahəsində bütün maraqlı tərəflərin istifadə edə biləcəyi, real vaxt rejimində hava hərəkətinə qlobal kosmik nəzarət sistemini təqdim edir.
“Metron Aviation”
“Metron Aviation” hava hərəkətinin idarə edilməsi sistemləri sahəsində dünya lideri hesab edilir. Yer kürəsinin beş qitəsində tərəfdaşları və müştəriləri olan şirkət aviasiya sahəsində ən mürəkkəb məsələləri həll edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 11 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























