SOCAR-ın vitse-prezidenti Sabancı Universitetinin rektoru ilə görüşüb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Ziba Mustafayeva Türkiyənin Sabancı Universitetinin rektoru Yusuf Leblebici ilə görüşüb.
Görüşdə SOCAR-ın insan kapitalının inkişafına xüsusi əhəmiyyət verdiyini, bu istiqamətdə müxtəlif layihələr həyata keçirdiyini bildirən vitse-prezident Ziba Mustafayeva xüsusilə təhsil sahəsinin inkişafı ilə bağlı bir sıra səmərəli tədbirlərin reallaşdırıldığını bildirib.
Ziba Mustafayeva BANM-in fəaliyyətindən, ali məktəbin əldə etdiyi yüksək nailiyyətlərdən bəhs edib.
Görüşdə iştirak edən BANM-in rektoru Elmar Qasımov bu günlərdə Sabancı Universitetinin rektoru Yusuf Leblebicinin rəhbərliyi ilə nümayəndə heyətinin ali məktəbdə olduğunu və tərəflər arasında əməkdaşlığın uğurla davam etdirildiyini deyib.
Sabancı Universitetinin rektoru Yusuf Leblebici görüşə görə minnətdarlığını bildirərək hazırda “SOCAR Türkiyə” və Sabancı Universitetinin hidrogen layihəsi üzərində birgə çalışdığını qeyd edib, əməkdaşlıqdan məmnunluqlarını söyləyib. Rektor tərəflər arasındakı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən “SOCAR Enerji Məktəbi”nin uğurlarından bəhs edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 1 gün sonra
-
- 1 gün sonra
-
10 saat əvvəl
Azərbaycan Çin şirkətilə 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsi üçün müqavilə imzaladı
-
12 saat əvvəl
Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq
-
12 saat əvvəl
Azərbaycan Çin şirkətilə “Birgə Yaşıl Enerji Sənaye Parkı”nı müzakirə etdi
-
12 saat əvvəl
Bu il Kino Agentliyinə ayrılmış vəsaitdən qalan 5 milyonun gələn il necə xərclənəcəyi açıqlanıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Sizin Lombard"a 7 illik müddətə 2 milyon manat lazımdır - İllik 15% ödəyəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Bu il Kino Agentliyinə ayrılmış vəsaitdən qalan 5 milyonun gələn il necə xərclənəcəyi açıqlanıb
İnvestisiya şirkətində növbədənkənar yığıncaq keçiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Unibank şəhid ailələri ilə bağlı daha bir tədbirə dəstək olub
“Azərmaş Group”a 10 milyon manat pul lazımdır
SOCAR yeni şirkət yaradıb
Kapital Bank “Mashreq Bank”la tarixi sazişə imza atdı - 50 milyon dollar kredit cəlb edir











.jpg)










.jpg)


