Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı
Mərkəzi Bank faizlərini dəyişmədi.Azərbaycan Mərkəzi Bankı Faiz dəhlizinin parametrləri haqqında məlumat yayıb.
Marja.az xəbər verir ki, məlumatda bildirilir.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya amillərinin dinamikası və risk balansının qiymətləndirilməsi nəzərə alınmaqla qəbul olunub. İnflyasiyanı artıran və azaldan amillərin bir-birini neytrallaşdırması faiz dəhlizi ilə bağlı qərarı şərtləndirən səbəblərdəndir.
Ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonunun aşağı həddinin altında olub. Belə ki, 2024-cü ilin may ayında 12 aylıq inflyasiya 0.3% təşkil edib ki, bu da Mərkəzi Bankın aprel proqnozlarına uyğundur. May ayında 12 aylıq baza inflyasiya 0.4% olub. İllik ərzaq deflyasiyası 1.4%, qeyri-ərzaq inflyasiyası 1%, xidmətlər inflyasiyası isə 2.2% təşkil edib.
Ev təsərrüfatları arasında keçirilmiş sorğuların nəticələrinə görə qarşıdakı 12 aya gözlənilən inflyasiya hədəf diapazonunun aşağı həddinə yaxındır.
İnflyasiyanın xarici fonu ümumilikdə neytraldır. Dünya Bankının məlumatına əsasən 2024-cü ilin may ayında illik əsasda əmtəə qiymətləri indeksi 5.6%, o cümlədən qeyri-enerji qiymətləri üzrə 5.1% artsa da, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə ərzaq qiymətləri indeksi 3.4% azalıb. Manatın nominal effektiv məzənnəsinin (2023-cü ildə 19.3% və 2024-cü ilin 5 ayında 3.2%) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib.
Profisitli tədiyə balansı valyuta bazarında tarazlığın qorunmasında həlledici rol oynayır. 2024-cü ilin I rübündə tədiyə balansının cari əməliyyatlar hesabındakı profisitin ümumi daxili məhsula (ÜDM) nisbəti 10.1% təşkil edib. 5 ayda ölkənin strateji valyuta ehtiyatları 1.8% (və ya 1.3 mlrd. ABŞ dolları) artaraq 69.7 mlrd. ABŞ dollarına çatıb.
Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Bu alətlərdən aktiv istifadə pul bazarında orta faizlərin Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkətini təmin edir. İyun ayının ötən dövründə 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 6.75% (mayda 6.88%) olmaqla faiz dəhlizinin daxilində uçot dərəcəsinə yaxın formalaşıb. Mərkəzi Bank avtonom (pul siyasətindən kənar) amillərin, xüsusən də dövlət büdcəsindəki profisitlə əlaqədar olaraq hökumət hesabları qalıqlarının artımının bank sistemindəki likvidliyə azaldıcı təsirini nəzərə almaqla sterilizasiya əməliyyatlarının həcmini azaldıb.
Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb. Tərəfdaş ölkələrdə inflyasiyanın və dünya bazarında əmtəə qiymətlərinin dəyişkənliyi başlıca xarici inflyasiya riski olaraq qalır. Aparıcı iqtisadiyyatlarda monetar şəraitin sərt olaraq qalması isə qlobal inflyasiyanı azaldacaq amildir. İnflyasiyanı artıra biləcək başlıca daxili risk isə yerli xərc amillərinin, eləcə də məcmu tələbin izafi artımı ilə əlaqədardır. Bu səbəbdən ortamüddətli dövrdə büdcə xərclərinin genişlənməsinin və kredit aktivliyinin inflyasiyaya təsirləri diqqətdə saxlanılmalıdır.
Ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı gözlənilir. Mərkəzi Bank əsas makroiqtisadi göstəricilər üzrə yenilənmiş proqnozlarını 2024-cü ilin iyul ayının sonunda elan edəcəkdir.
Pul siyasəti ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır. İnflyasiya amillərinin tarazlıq səviyyəsi, inflyasiyanın cari dinamikası və pul siyasətindən kənar amillərin monetar şəraitə və məcmu tələbə təsiri faiz dəhlizi parametrlərinin növbəti iclasda da dəyişməz saxlanılması ehtimalını yüksək saxlayır.
Bu qərar 24 iyun 2024-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il iyul ayının 31-də açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.
Müştərilərin xəbərləri
Bank Respublika və “Bank of China” saziş imzaladı - Müştərilər Çin ilə rahat bank əməliyyatları apara biləcək
Azərbaycanın xarici ticarətində ağırlaşan vəziyyət - ixracı azalıb, idxalı artıb, müsbət saldo 8 dəfədən çox kiçilib
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 18 d. əvvəl
-
29 d. əvvəl
Yanvarın 22-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Dell Technologies” Azərbaycanda superkompüter mərkəzi yaradacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezident İlham Əliyev Davosda Çexiyanın Baş naziri ilə görüşüb
-
2 saat əvvəl
İcbari Sığorta Bürosunun yenilənmiş internet səhifəsi istifadəyə verilib
-
2 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
2 saat əvvəl
“Coca-Cola Azərbaycan”nın dəstəyi ilə daha bir kəndə su çəkilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 22-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
“Dell Technologies” Azərbaycanda superkompüter mərkəzi yaradacaq
Prezident İlham Əliyev Davosda Çexiyanın Baş naziri ilə görüşüb
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
“Coca-Cola Azərbaycan”nın dəstəyi ilə daha bir kəndə su çəkilib
Bank Respublika və “Bank of China” saziş imzaladı - Müştərilər Çin ilə rahat bank əməliyyatları apara biləcək
Azərbaycana avtomobil idxalında rekord
Azərbaycanın xarici ticarətində ağırlaşan vəziyyət - ixracı azalıb, idxalı artıb, müsbət saldo 8 dəfədən çox kiçilib
Tramp Davosa gedərkən təyyarədə texniki problem yaranıb
Rəsmi məzənnələr açıqlandı



















