SOCAR “Abşeron” yatağındakı payını ADNOC-a satışından gəlirlərini açıqlayıb
2023-cü ilin avqust ayında SOCAR (törəmə müəssisəsi SOCAR Abşeron vasitəsilə) üçüncü tərəf “ADNOC International ProjectCo 1 RSC” (“ADNOC”) Limited ilə “Abşeron” hasilatın pay bölgüsü sazişində (“bundan sonra Abşeron HPBS”) 15 faiz iştirak payının 381 AZN (224 milyon ABŞ dolları) müqabilində satışı barədə müqavilə imzalamışdır.
Marja.az xəbər verir ki, bu barədə SOCARI-ın illik hesabatında bildirilir.
Qeyd edilib ki, müqavilənin bütün şərtləri hesabat dövründən sonrakı dövrdə tam icra edilmişdir. 31 dekabr 2023-cü il tarixinə Abşeron HPBS ilə bağlı müvafiq olaraq 439 AZN və 50 AZN məbləğində aktiv və öhdəliklər (389 AZN məbləğində xalis aktivlər) müvafiq olaraq “Satış üçün saxlanılan aktivlər” və “Birbaşa satış üçün saxlanılan aktivlərlə əlaqəli olan öhdəliklər” kateqoriyalarında təqdim edilmişdir. “Satış üçün saxlanılan aktivlər”in və “Birbaşa satış üçün saxlanılan aktivlərlə əlaqəli olan öhdəliklər”in əsas sinfi müvafiq olaraq əmlak, tikili və avadanlıqlar və aktivin ləğv edilməsi öhdəliyi qalıqlarından ibarətdir. Satış üçün saxlanılan xalis aktivlərin balans dəyəri satış xərcləri çıxılmaqla ədalətli dəyərindən yüksək olduğuna görə, 2023-cü il ərzində digər əməliyyat xərclərində 192 AZN (113 milyon ABŞ dolları) məbləğində ədalətli dəyərə silinmə tanınmışdır. İştirak payının satışı 2024-cü ilin fevral ayında yekunlaşmışdır (Qeyd 40).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
28 d. əvvəl
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
-
-
52 d. əvvəl
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Tramp Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
- 12 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
15 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
Ən çox oxunanlar
20 Yanvar faciəsindən 36 il ötür
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub





























