Azərbaycan və Özbəkistanın mərkəzi bankları anlaşdı
Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Düşənbəyə işgüzar səfəri çərçivəsində Özbəkistan Respublikasının Mərkəzi Bankının sədri Mamarizo Nurmuratovla görüşü keçirilib.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və Azərbaycan Mərkəzi Bankı ilə Özbəkistan Respublikasının Mərkəzi Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum hər iki mərkəzi bank arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə və genişləndirilməsinə, həmçinin maliyyə sektorunun inkişafına töhfə verəcək.
Qeyd edək ki, Anlaşma Memorandumu çərçivəsində qurumlar arasında mühüm sahələr üzrə tərəfdaşlığın dərinləşdirilməsi, təcrübə və məlumat mübadiləsinin aparılması, eləcə də qarşılıqlı səfərlərin təşkilinin həyata keçirilməsi nəzərdə tutulub.
XXX
Azərbaycan və Özbəkistanın mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb.
"Marja" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Tacikistana baş tutan işgüzar səfər çərçivəsində Özbəkistan Mərkəzi Bankının sədri Mamarizo Nurmuratovla görüşdən məmnun olduq. Görüş zamanı rəhbərlik etdiyimiz qurumlar arasında tərəfdaşlığın genişləndirilməsinə, təcrübə və məlumat mübadiləsinin aparılmasına, eləcə də ikitərəfli səfərlərin təşkilinə xidmət edəcək əməkdaşlığa dair Anlaşma Memorandumu imzaladıq. İnanırıq ki, Memorandum hər iki mərkəzi bank arasında əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfəsini verəcək", - deyə o qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























