Belçikanın çörəkçi-kafelər şəbəkəsi Azərbaycan bazarına daxil olur - MÜQAVİLƏ BAĞLANIB
"Bakıda bir neçə çörək sexi və restoran açmağı planlaşdırırıq"Belçikanın “Le Pain Quotidien” çörəkçi-kafelər şəbəkəsi Azərbaycanda öz müəssisələrinin açılması üçün SINTEKS şirkətlər qrupu ilə “master françayzinq” müqaviləsi bağlayıb.
Bu barədə “Verdict Food Service” portalı xəbər verir.
Tərəfdaşlıq çərçivəsində brend çörəkçi məhsulları və restoran konsepsiyası təqdim ediləcək ki, onlardan birincisi - “Le Pain Quotidien” kafesi Bakıda açılacaq. Şirkət konkret buraxılış tarixlərini təqdim etmir, lakin bildirir ki, Azərbaycan bazarına daxil olmaq onun qlobal böyümə və inkişaf strategiyasında daha bir mühüm addım olacaq. Şirkətin LinkedIn səhifəsində dərc olunan yazıda belə deyilir:
“İlk mərhələdə biz “Le Pain Quotidien” təcrübəsini Azərbaycan paytaxtına gətirmək üçün Bakıda bir neçə çörək sexi və restoran açmağı planlaşdırırıq. Biz SINTEKS şirkətlər qrupu ilə əməkdaşlıq etməkdən və yeni bazarda keyfiyyətə sadiqliyimizi nümayiş etdirməkdən məmnunuq”.
“Le Pain Quotidien” belçikalı aşpaz Alen Kumon tərəfindən təsis edilmiş beynəlxalq çörəkçi restoranları şəbəkəsidir. Hazırda şəbəkənin rəhbəri də bu şəxsdir. Onun restoranlarının başlıca dekorasiya elementi əsas zalın ortasında dayanan uzun “ailə taxta masası”, ən populyar məhsulu isə restoranda bişmiş çörəkçi məmulatıdır.

Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
2 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























