STP Şirkətlər Qrupu satış distributorunun seçilməsi ilə əlaqədar müsabiqə elan edir
(®) Qrupa daxil “STP Global Cable” şirkəti kabel məhsullarının satışının həyata keçirilməsinə dair rəsmi distributorunun seçilməsi ilə bağlı müsabiqə elan edir.
Sözügedən şirkət tərəfindən həyata keçirilən müsabiqə nəticəsində kabel məhsullarının eksklüziv və standart distributorluğunu həyata keçirəcək şirkətlər seçiləcək.
Müsabiqədə iştirak etmək üçün müvafiq hüquqi sənədlər və təkliflər qapalı və möhürlü zərfdə 25.07.2024-cü il tarixinədək, iştirakçılar tərəfindən Sumqayıt şəhəri H.Z. Tağıyev qəsəbəsi ünvanında yerləşən “STP Global Cable” şirkətinin Satınalma şöbəsinə göndərilməlidir.
Müsabiqədə iştiraka dair əsas şərtlər toplusu ilə aşağıdakı keçidə daxil olaraq tanış olmaq mümkündür:
Eləcədə iştirakçılar “STP Global Cable” şirkətinin satınalma bölməsinə elektron məktub ([email protected]) ünvanlayaraq müsabiqə haqqında ətraflı məlumat əldə edə bilərlər.
STP Şirkətlər Qrupunun təqdim etdiyi bütün məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0990 Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsini və ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək də əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Tramp Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
- 11 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
13 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
13 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
18 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin qiyməti azalıb
Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ
20 Yanvar faciəsindən 36 il ötür
Ən çox oxunanlar
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?




























