“Biblioteka” restoranının fəaliyyəti dayandırıldı, sahibi cərimələndi
Mediada yayılmış videogörüntülər əsasında Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsi, ev 24, m.1 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Şabanov Nəcməddin Nazim oğluna məxsus “Biblioteka” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.
AQTA-dan Marja-ya verilən məlumata görə, obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub.
Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, müəssisə rəhbərliyi barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib.
Faktla bağlı araşdırmalar davam edir.
XXX
“Biblioteka” restoranının rəhbərliyi mətbəxlərində siçovul olması iddialarına aydınlıq gətirmişdi. Restoranın meneceri Nəcməddin Şabanov qeyd etmişdi ki, görüntülərin “Biblioteka” restoranı ilə əlaqəsi yoxdur.
“Yayılmış xəbərlərin bizimlə heç bir əlaqəsi yoxdur. Bu xəbər yəqin ki, bizə xələl gətirmək üçün yayılıb. Restoranımızda dezinfeksiya və deratizasiya işləri vaxtında yerinə yetirilir. Burada ayda minimum 2 dəfə dezinfeksiya aparılması ilə bağlı rəsmi sənədlərimiz var. Dezinfeksiya şirkətləri ilə əməkdaşlıqlarımız bunu sübut edir. Görüntüləri paylaşıb altına bizim məkanın adını qeyd etmək peşəkarlıq deyil. Bütün qanuni tələblər üzrə qida təhlükəsizliyi işləri həyata keçirilir”, - menecer bildirib.
N. Şabanov həmçinin əlavə etmişdi ki, həmin o canlının çalışma hissəsindən mətbəxə girməsi qeyri-mümkündür: “Çünki bunun üçün hər hansı açıq bir yer yoxdur. Bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyik. Bizim mövqeyimizin soruşulmadan qeyd olunması düzgün deyil. Belə addımların atılmasının yəqin ki, səbəbləri var. Məkanın bazarda öz fəlsəfəsi, konsepsiyası və ideologiyası var. Gənclər burada kitablar oxuyaraq maarifləndirici vaxt keçirirlər. Belə konsepsiyası və fəlsəfəsi olan məkan isə görünür, kiminsə narahatlığına səbəb olub”.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
2 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib

























