Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Yaponiya Bankı uçot faiz dərəcəsini 0-0.1%-dən 0.25%-ə qədər qaldırdı. Bu barədə tənzimləyici qurumun bəyanatında deyilir. Qeyd etmək lazımdır ki, analitiklər uçot dərəcəsinin dəyişməz olaraq qalacağını proqnozlaşdırmışdılar. Mərkəzi bankın qərarı fonunda USDJPY məzənnəsində kəskin volatillik formalaşıb.
Xatırlamaq lazımdır ki, Yaponiya Mərkəzi Bankı 2007-ci ilin fevral ayında faiz dərəcəsini 0.5%-ə qaldırmış, sonra isə 2008-ci ilin oktyabr ayından başlayaraq onu endirməyə başlamışdı. Eyni zamanda, 2016-cı ilin yanvar ayında tənzimləyici qurum mənfi uçot dərəcəsi (-0.1%) tətbiq etdi. Cari ilin mart ayında Yaponiya Bankı uçot dərəcəsini 0-0.1%-ə qaldırıb ki, bu da son 17 ildə ilk artım olmuşdur. Beləliklə, tənzimləyici qurum cari il ərzində artıq ikinci dəfədir ki, uçot dərəcəsini artırır.
İclasda həmçinin ölkənin maliyyə sisteminin yaxşılaşdırılmasına xidmət etməli olan dövlət istiqrazlarının alışının azaldılması barədə qərar qəbul edilib. Mərkəzi bank 2026-cı ilin yanvar-mart aylarında dövlət istiqrazlarının aylıq alış həcmini təxminən 3 trilyon yen və ya hər təqvim rübündə təxminən 400 milyard yen səviyyəsinə qədər endirmək qərarına gəlib.
Dünən Almaniyada və Avrozonada ÜDM göstəriciləri dərc olunub. Verilən məlumatlara əsasən, 2024-cü ilin ikinci rübündə Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyanın ÜDM-i, mövsümi düzəlişlər nəzərə alınmaqla, illik ifadədə 0.1% azalıb, Avrozonanın 20 ölkəsinin ümumi ÜDM-i isə illik ifadədə 0.6%, rüblük ifadədə isə 0.3% artıb. Həmçinin Almaniyada iyul ayında illik inflyasiya ötən ay ilə müqayisədə 2.2%-dən 2.3%-ə qədər artıb.
“Conference Board” analitik şirkətinin məlumatına əsasən, ABŞ-ın İstehlakçı İnamı İndeksi iyun ayı üzrə yenilənmiş nəticələr ilə müqayisədə iyul ayında 97.8 bənddən 100.3 bəndədək yüksəlib. Əlavə olaraq iyun ayında ABŞ-ın əmək bazarında açıq vakansiyaların sayı (JOLTS) aylıq ifadədə 46 min azalaraq 8.184 milyona enib. Analitiklər göstəricinin 8.020 milyon səviyyəsində olacağını proqnozlaşdırmışdılar.
Ekspertlərin fikrincə, dörd illik səlahiyyət müddətinin sonunda ABŞ prezidenti Co Bayden bütün Amerika liderləri arasında dövlət borcunun artırılması üzrə rekordçu ola bilər - borc maksimum məbləğdə, 8.6 trilyon dollar həcmində artaraq 36.3 trilyon dollar səviyyəsinə çata bilər. Baydenin dövründə ABŞ-ın dövlət borcu iyulun sonunda ilk dəfə olaraq 7.3 trilyon dollar artaraq 35 trilyon dollar həddini keçib.
Bugün Bakı vaxtı ilə saat 22:00-da ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcəsi ilə bağlı qərarı açıqlanacaq. Analitiklər göstəricinin 5.5% səviyyəsində qalacağını proqnoz edirlər. Həmçinin Avrozonada dərc olunacaq inflyasiya xəbərləri və ABŞ-da “Automatic Data Processing” (ADP) analitik şirkəti tərəfindən açıqlanan ölkənin özəl sektorunda yeni yaranan iş yerlərinin sayı göstəricisi investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 9 saat əvvəl
-
9 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
12 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
