"Epoint" fintex lisenziyası alan ilk startap oldu
(®) Azərbaycanın aparıcı elektron ödəniş platforması olan Epoint, Azərbaycan Respublikasının Mərkəzi Bankından fintex lisenziyası aldığını fəxrlə elan edir. Bu, Epoint-in maliyyə texnologiyaları sektorunda yüksək təhlükəsizlik və etibarlılıq standartlarına cavab verdiyini təsdiqləyən mühüm bir addımdır.
Yarandığı gündən bəri Epoint, həm yerli, həm də beynəlxalq müştərilər üçün əməliyyatları asanlaşdıraraq elektron ticarət və ödəniş xidmətlərini fəal şəkildə inkişaf etdirir.
Epoint müştərilərinə hansı imkanlar təqdim edir?
- Elektron qeydiyyat və elektron ticarətə 3 dəqiqə ərzində qoşulma;
- Pulsuz və avtomatik biznes səhifəsinin yaradılması;
- Yerli və xarici bank kartları ilə təhlükəsiz ödənişlərin qəbul edilməsi;
- Təkrarlanan ödənişlərin qəbul edilməsi;
- İstənilən bankın biznes kartına vəsaitlərin 24/7 köçürülməsi;
- Ödənişlərin qəbul olunması üçün vacib olan məlumatların hər müştəriyə uyğunlaşdırılması;
- Referal proqram;
- Sayt və mobil əlavələrə ödənişlərin API və vidjet vasitəsilə qoşulması;
- Elektron hesabat, satış və müştərilər üzrə ətraflı statistika, məlumatları yükləmək və onlarla işləmək imkanı;
-Satıcılar və alıcılar üçün elektron bildirişlər;
- Elektron hesab-fakturalar;
- PlatformaAzərbaycan, Rus və Ingilis dillərində fəaliyyət göstərir və ən geniş alıcı auditoriyası üçün əlçatandır ;
- Ödənişlərin QR kod, hesab faktura, biznes səhifə vasitəsilə qəbulu;
- Vahid sistemdə debet, kredit və taksit kartları ilə, Google Pay və Apple Pay token vasitəsilə ödəniş qəbulu.
"Mərkəzi Bankın fintex lisenziyasını almaq, Epoint-in bu illər ərzində görsətdiyi keyfiyyətli və təhlükəsiz xidmətlərin bir daha sübutudur. Startap-dan böyük bir biznesə çevrilmək və Mərkəzi Bankın requlyativ tələblərinə uyğun olmaq, bizim gördüyümüz işin və missiyamızın nə qədər düzgün olmasının göstəricisidir. Biz müştərilərimizin biznes ehtiyaclarını ödəmək və onların maliyyə rifahını təmin etmək üçün innovativ həllər hazırlamağa davam edəcəyik" , - Epoint startapının təsisçisi və direktoru Zeynal Kərimzadə bildirib.
Platforma haqqında sizi maraqlandıran bütün məlumatları +99470 242 99 66 nömrəsinə zəng etməklə əldə edə bilərsiniz.
Rəsmi internet saytı: https://epoint.az/
Email: [email protected]
Epoint.az sosial şəbəkələrdə:
Facebook: https://www.facebook.com/epoint.az/
İnstagram: https://www.instagram.com/epoint.az/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















.jpg)




