Azərbaycanda şəhər yollarına dair tələblər müəyyən olunub - Yeni dövlət standartları
Yeni dövlət standartlarının tətbiqi şəhər ərazisində nəqliyyat yollarına dair tələbləri, velosiped parklanma yerlərinin layihələndirilməsi qaydalarını, eyni zamanda ümumi nəqliyyata nəzərən magistral üzərində şəhərdaxili avtobus dayanacaq məntəqələrinin yerinin seçilməsini, dayanacağın növünü və istismar qaydalarını müəyyən edir.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) tərəfindən TS 9826 “Şehiriçi yollar – Bisiklet yolları” türk standartının əsasında AZS 951:2024 (TS 9826:2013) – “Şəhərdaxili yollar – Velosiped yolları”, TS 9827 “Şehiriçi yollar – Yaya korkulukları, yol kenarı için (metal) yer seçimi ve tasarım kuralları” standartının əsasında AZS 952:2024 (TS 9826:1992) – “Şəhərdaxili yollar – Yolkənarı piyada məhəccərləri (metal) – Yer seçimi və layihələndirmə qaydaları”, TS 11782 “Şehiriçi yollar – Bisiklet park tesisleri tasarım kuralları” standartının əsasında AZS 953:2024 (TS 11782:2013) – “Şəhərdaxili yollar – Velosiped parklanma yerlərinin layihələndirilməsi qaydaları”, TS 11782 “Şehiriçi yollar – Otobüs durakları yer seçimi kuralları” türk standartının əsasında AZS 954:2024 (TS 11783:2024) – “Şəhərdaxili yollar – Avtobus dayanacaq məntəqələri nöqtələrinin seçilməsi qaydaları” və ГОСТ Р 52605-2006 “Технические средства организации дорожного движения. Искусственные неровности. Общие технические требования. Правила применения” Rusiya Federasiyası standartının əsasında AZS 955:2024 (ГОСТ Р 52605-2006) – “Yol hərəkətinin təşkilinin texniki vasitələri. Süni maneələr. Ümumi texniki tələblər. Tətbiq qaydaları” dövlət standartları qəbul edilib.
Xidmətin yaydığı məlumatda bildirilir ki, bBeynəlxalq təcrübə və yerli tələblər nəzərə alınaraq hazırlanmış yeni dövlət standartlarının tətbiqi yol infrastrukturunun davamlı və effektiv idarə olunmasına, eləcə də şəhər daxilində təhlükəsiz və nizamlı hərəkət mühitinin formalaşmasına şərait yaradacaqdır.
Sözügedən dövlət standartları “Nəqliyyat və nəqliyyat infrastrukturu” (AZSTAND/TK 43) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut tərəfindən qəbul edilərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 5 saat sonra
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 18 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















