Aqropark yeni soyuducu anbar inşa edir
Nazir Məcnun Məmmədov Qax rayonunda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşübKənd təsərrüfatı naziri Məcnun Məmmədov Şəki-Zaqatala iqtisadi zonasına səfəri çərçivəsində Qax rayonunda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.
Turaclı kəndində “Zərqanad” Arıçılıq Məhsullarının İstehsalı Kooperativinin üzvləri ilə görüşən nazirə kooperativin formalaşması zərurəti, arıçılıq məhsullarının istehsalı, qablaşdırma, sərgilərdə iştirak, arıçıların istehsal güclərini birləşdirməsinin gətirdiyi üstünlüklər barədə məlumat verilib.
Kooperativin rəhbəri Kamran Seyidəli havaların yağıntılı keçməsinə rəğmən bu il məhsuldarlığın kifayət qədər yaxşı olduğunu bildirib. Arı ailələrinin mövsüm ərzində 5 fərqli məkana apardıqlarını deyən arıçı fermer bu amilin bal istehsalına və məhsulun keyfiyyətinə müsbət təsir göstərdiyini deyib. Son illər arıçılığa marağın artdığını deyən kooperativ üzvləri hazırda Qax rayonundakı təsərrüfatlarda 30 mindən çox arı ailəsinin saxlandığını bildiriblər. Nazir “Zərqanad” Arıçılıq Məhsullarının istehsalı Kooperativinin məhsulları ilə tanış olub, məhsulların brendləşməsi, satış marketinq işinin təşkili ilə bağlı öz tövsiyələrini verib.
Daha sonra nazir Məcnun Məmmədov Zəyəm kəndində 40 hektar sahədə salınmış intensiv bağla tanış olub. Nazirə Şəki-Zaqatala istisadi rayonunda son illər bağçılığa marağın artması barədə məlumat verilib. Bildirilib ki, Qax rayonunda da intensiv bağların sahəsi artır, rayon üçün ənənəvi sayılan fındıq bağları ilə yanaşı şaftalı, nektarin, gavalı, alma bağlarının əkin sahəsi genişlənir. Bağlarda aqrotexniki qulluq qaydalarının düzgün yerinə yetirilməsi məhsuldarlığın artmasına ciddi təsir göstərir.
Nazir həmçinin səfər çərçivəsində Qorağan kəndində yeni qurulmuş qarğıdalı qurutma məntəqəsinin fəaliyyəti ilə tanış olub. Bildirilib ki, rayonda qarğıdalı əkini sahələrinin artması bu cür müəssisələrin yaradılmasını zəruri edir. Məhsul yığımı dövründə məhsulun nəmlik göstəricilərinin çox olması məhsulu uyğun qiymətə satmağa imkan vermir. İndiki halda isə qarğıdalı qurutma məntəqəsi fermerlərə öz məhsullarını standartlara uyğun şəkildə, mexaniki üsulla qurudaraq qablaşdırmaq və uzun müddət saxlamaq imkanı yaradır. Görüşdə səsləndirilən təkliflər qeydə alınıb, fermerlərə nazirliyin müvafiq struktur bölmələri ilə əməkdaşlıq etmək tövsiyə olunub.
Məcnun Məmmədov həmçinin Qax rayonunda fəaliyyət göstərən “Ulu Agro” MMC-nin Qax Aqroparkında yeni soyuducu anbarın inşası ilə tanış olub, aqroparkda dənli və dənli paxlalı bitkilərin istehsal göstəriciləri ilə maraqlanıb, yeni salınan bağlara baş çəkib.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
7 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
























