Türkiyədə işsizlik səviyyəsi artıb
TÜİK-in məlumatına görə, iyun ayında Türkiyədə işsizlik nisbəti 9,2 faizə , gənc əhali arasında işsizlik səviyyəsi də 17,6 faizə yüksəlib.Türkiydədə 15 və daha yuxarı yaşda olan işsizlərin sayı 2024-cü ilin iyun ayında əvvəlki ayla müqayisədə 234 min nəfər artaraq 3 milyon 305 min nəfərə çatıb.
Türkiyə Statistika Xidmətinin (TÜİK) yaydığı məlumata göə, işsizlik səviyyəsi 0,7 bənd artaraq 9,2 faizə yüksəlib. İşsizlik səviyyəsi kişilər üzrə 7,6 faiz, qadınlar üzrə isə 12,4 faiz olub.
2024-cü ilin iyun ayında məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 341 min nəfər azalaraq 32 milyon 522 min nəfərə, məşğulluq səviyyəsi isə 0,6 bənd azalaraq 49,3 faizə düşüb. Bu göstərici kişilərdə 66,9 faiz, qadınlarda isə 32,1 faiz təşkil edib.
İşçi qüvvəsi 2024-cü ilin iyun ayında bir əvvəlki ayla müqayisədə 107 min nəfər azalaraq 35 milyon 827 min nəfər düşüb.
Gənc əhali arasında işsizlik səviyyəsi artıb
15-24 yaş qrupunu əhatə edən gənc əhali arasında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə 1,7 bənd artaraq 17,6 faizə çatıb. Bu yaş qrupunda işsizlik səviyyəsi; Kişilər üzrə 14,8 faiz, qadınlar üzrə isə 23,2 faiz olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
10 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
16 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş




























