Dənizçilərdən sənəd qəbulu və hazır sənədlərin verilməsi “Bakı KOB evi”ndə təşkil olunacaq

Dövlət Dəniz və Liman Agentliyi tərəfindən müddətsiz xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi üzrə sənəd qəbulu və hazır sənədlərin verilməsi “Bakı KOB evi”ndə təşkil olunacaq
Dövlət Dəniz və Liman Agentliyi (DDLA) tərəfindən təqdim edilən müddətsiz xüsusi hazırlıq şəhadətnamələri üzrə sənəd qəbulu və hazır şəhadətnamələrin təhvil verilməsi 19 avqust 2024-cü il tarixindən etibarən “Bakı KOB evi”ndə təşkil olunacaq.
Agentliyin yaydığı məlumatda bildirlir ki, məqsəd Agentlikdə həyata keçirilən islahatların davamı olaraq operativlik, şəffaflıq, peşəkarlıq səviyyəsinin artırılması, vətəndaşların vaxt itkisinin azalması, vətəndaş məmnunluğunun təmin edilməsidir.
Belə ki, Agentlik tərəfindən “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın, habelə müvafiq sahə üzrə milli qanunvericiliyin tələbləri nəzərə alınmaqla “Bakı KOB evi”ndə aşağıdakı xüsusi hazırlıq kursları üzrə müddətsiz xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi təmin ediləcək:
-“Neft və kimyəvi maddələr daşıyan tankerlərdə yük əməliyyatına dair ilkin hazırlıq və kvalifikasiya” (yalnız gəmilərin sıravi heyət üzvləri üçün);
-“Gəmidə ilk tibbi yardım”;
-“Gəmidə tibbi nəzarət”;
-“İzdihamın idarə olunması üzrə hazırlıq”;
-“Böhran zamanı idarəetmə və insan davranışı üzrə hazırlıq”;
-“Sərnişinlərin, yükün və gəmi gövdəsinin təhlükəsizliyi üzrə hazırlıq”;
-“Gəmi mühafizəsi üzrə ümumi hazırlıq və təlimat”;
-“Gəmi mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı”;
-“Gəmi mühafizəsi üzrə məsul şəxs”.
Dənizçilərdən müddətsiz xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:
-Şəxsiyyəti təsdiq edən sənəd;
-Peşəsi haqqında nəzəri və ya işçi diplom;
-Dövlət Dəniz və Liman Agentliyi tərəfindən uyğunluq haqqında Şəhadətnamə verilmiş tibb müəssisələrindən sağlamlıq haqqında arayış (dənizçinin tibbi sertifikatı);
-Yenilənməsi üçün müraciət edilən xüsusi hazırlıq şəhadətnaməsi;
-Ümumvətəndaş pasportu (yalnız xarici sularda üzən dənizçilər üçün);
-Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (qəbz);
-Üzmə haqqında arayış (müvafiq təyinatlı gəmidən son 5 ildə 12 aylıq və ya son 6 ayda 3 aylıq), gəmilərdə işlərə cəlb olunan qeyri-dənizçilər və ya sənaye işçiləri üçün iş yerindən müvafiq sahə üzrə arayış (12 aylıq).
Qeyd edilən tarixədək adıçəkilən müddətsiz xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi üzrə sənəd qəbulu və hazır sənədlərin
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
5 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 15 saat əvvəl
-
19 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
21 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
21 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
