Ziraat Bank Azərbaycan sayca 9-cu filialının açılışını edib
Həftənin beş günü saat 09:00-dan 17:00-dək müştərilərinə xidmət göstərəcək(®) Ziraat Bank Azərbaycan yeni, sayca 9-cu olan “Sədərək” filialını müştərilərin istifadəsinə verib
Filialın təntənəli açılışı Türkiyə Respublikasının səfiri Doç. Dr. Cahit Bağcı, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Mürsəl Rüstəmov, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) sədri Rəşad Cabirli, “Azərsun Holdinq” MMC-nin İdarə Heyətinin üzvü Savaş Uzan, Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Dr. Selçuk Demirin və bank müştərilərinin iştirakı ilə baş tutdu.
Rəsmi açılış tədbirində çıxış edən Ziraat Bank Azərbaycanın İdarə Heyətinin Sədri Dr. Selçuk Demir, bankın Qaradağ rayonunda fəaliyyət göstərən sahibkarlara keyfiyyətli və operativ bank xidmətləri təqdim etməyi və onların sahibkarlıq fəaliyyətlərini, xüsusən də beynəlxalq ticarət əməliyyatlarını, hərtərəfli dəstəkləməyi əsas hədəflərdən biri kimi vurğulayıb.
Dr.Selçuk Demir, Ziraat Bank Azərbaycanın ölkənin real sektoruna hərtərəfli dəstək olmaq istəyini bir daha vurğulayaraq, Sədərək Ticarət Mərkəzində yeni filialın açılmasının bu məqsədə xidmət etdiyini qeyd edib. Bankın İdarə Heyətinin Sədri həmçinin Ziraat Bank Azərbaycanın 10 illik yubileyi münasibətilə cari ilin sonunadək əlavə iki filialın açılmasının və bununla filial sayının 11-ə çatdırılmasının planlaşdırıldığını bildirib.
Dünyanın 19 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olan Ziraat Bank Azərbaycan beynəlxalq ticarətdə istifadə edilən bank məhsul və xidmətlərini geniş müxbir şəbəkəsi vasitəsi ilə dünyanın müxtəlif ölkələrinə sərfəli şərtlərlə çatdırmaq imkanına sahibdir. Bank, Kiçik və Orta Sahibkarlara akkreditiv, qarantiya məktubları və beynəlxalq ticarətdə istifadə edilən digər bank məhsulları üzrə konsultasiya xidmətləri də göstərir.
“Sədərək” ticarət mərkəzində yerləşən Ziraat Bank Azərbaycanın yeni “Sədərək” filialı, “Bir Bankdan Daha Artıq” şüarına uyğun olaraq həm hüquqi, həm də fiziki şəxslərə geniş çeşidli bank xidmətləri təqdim edəcək. Müasirliyi və funksionallığı ilə seçilən bu filial, həftənin beş günü saat 09:00-dan 17:00-dək müştərilərinə xidmət göstərəcəkdir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 9 filialı ilə yanaşı rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın məhsul, xidmət və təklifləri haqqında ətraflı məlumatı həmçinin Facebook, Instagram, Twitter, Linkedin sosial media kanalları və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 6 saat əvvəl
-
7 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
7 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
7 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
8 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Ən çox oxunanlar
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!





















