Rusiyanın ərzaq məhsulları istehsalçıları qiymətləri artırır
Rusiyanın ərzaq məhsulları istehsalçıları avqust-sentyabr aylarında qiymətlərin 5-40% artacaqları barədə pərakəndə satıcıları xəbərdar ediblər. Qənnadı məmulatlarının qiymətləri ən nəzərəçarpacaq dərəcədə artacaq. Qiymətlərin artırılmasının səbəbləri arasında yüksək inflyasiya, bahalı kreditlər, logistika, kadr, qablaşdırma və xammal xərclərinin artması göstərilir.
Yüksək inflyasiya, bahalı kreditlər, logistika, işçi heyəti, qablaşdırma və xammal üçün artan xərclər Ruiyanın qida istehsalçıları tərəfindən satış qiymətlərinin növbəti dəfə kütləvi şəkildə nəzərdən keçirilməsinə səbəb olur.
Marja.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şŞirkətlər çeşidlərinin qiymətini 5-40% artırmağa hazırlaşırlar. Ən çox qənnadı məmulatları üzrə qiymət artımı olacağı bildirilir.
Qida istehsalçıları 2024-cü ilin avqust-sentyabr aylarında qiymətləri 5-40% artıracaqları barədə pərakəndə satış şirkətlərinə məktublar göndəriblər.
Pərakəndə şirkətlərinə "Mars", "Ritter Sport", "Дымка, " Славянка", "Вимм-Билль-Данн", "Viola", "Экомилк", "Health & Nutrition" (Danone), "Милком", "Пискаревский молзавод", "Каравай", "Балтика" şirkətlərinin məktub göndərdiyi qeyd olunur.
Məsələn, "Viola" pərakəndə şəbəkələrə yazdığı məktubunda bildirib ki, istehsal xətlərinə xidmət xərcləri, qablaşdırma xərcləri 12%, logistika xərcləri 16-30% bahalaşıb.
“Baltika” məktubunda butulkaların 8%, alüminium qutuların 25% bahalaşdığını bildirir. Şirkət həmçinin inflyasiyanı satış qiymətlərini artırmaq üçün arqument kimi göstərir. "Rosstat"ın məlumatına görə, 2024-cü ilin iyul ayında Rusiyada ərzaq inflyasiyası illik 9,67% təşkil edib.
"Milkom" yazır ki, şəkər, meyvə və giləmeyvə əlavələri və mayalandırıcılar 20% bahalaşıb. Şirkətdən verilən məlumata görə, süd 12% bahalaşıb. "Milkom" öz çeşidi üçün qiymətləri 5-15% artırmağa hazırlaşır.
Ən qabarıq qiymət dinamikasının qənnadı məmulatları seqmentində olacağı gözlənilir. İstehsalçı "Ritter Sport" pərakəndə satıcılara xəbərdarlıq edir ki, Ekstra Kakao (Extra Cacao) çeşidinin satış qiymətləri sentyabrın 1-dən 40% artacaq. Qərbi Afrikadakı quraqlıq səbəbindən kakao istehsalının azalması ilə şokolad bazarı kakao qiymətlərindəki kəskin artımlardan təsirlənməyə davam edir. Mars sentyabrın 9-dan “Dove” və “Korkunov” şokolad batonlarının qiymətini 19%, tərkibində şokolad olmayan “Skittles” çeynəmə konfetlərinin qiymətini isə 13% bahalaşdırmaq niyyətindədir.
“Slavyanka” qənnadı yağlarının 50%-ə qədər, quru süd məhsullarının 20%-ə, unun 30%-ə qədər bahalaşmasına diqqət çəkir.
“Karavay” da öz məktubunda məhsullarının qiymətini 10% artırmağı planlaşdırır.
Ekspertlər bildirir ki, yüksək rəqabətli pərakəndə satış bazarında qiymət artımları satışın azalmasına səbəb ola bilər. Şəbəkələr artımı bir neçə mərhələdə həyata keçirərəklər.
Qeyd edək ki, Rusiya Azərbaycanın idxalında 2-ci yeri turur, ölkəmizə Rusiyadan geniş çeşiddə qida məhsulları idxal olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
22 d. əvvəl
"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"
- 29 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 33 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“INMerge” İnnovasiya Sammiti Qırmızı Ürəklər Fondunu sosial tərəfdaş elan etdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avtobus parkının yenilənməsi üçün dövlət dəstəyi – kreditlərə subsidiya və zəmanət təmin olunacaq
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda avtobuslarda təqaüdçülərə və tələbələrə güzəştli gediş haqqının tətbiqinə baxıla bilər
-
3 saat əvvəl
“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir
Son Xəbərlər

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"

Porsche-nin səhmləri 8% ucuzlaşdı

Amerikalı milyarder BYD-dəki bütün paylarını satıb

"AYNA-nın əlində daşıyıcıları tənbeh eləmək mexanizmi yoxdur, ancaq "brutto müqavilə" bu boşluğu dolduracaq"

Sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb

AYNA: Avtobusları gecə saat 00:00-a qədər işləyə bilər
Ən çox oxunanlar

Bakıda avtobuslarda təqaüdçülərə və tələbələrə güzəştli gediş haqqının tətbiqinə baxıla bilər

“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir

"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"

“Sarı metal”ın qiyməti 3700 dolların üzərində möhkəmlənə bilsə, bahalaşma daha kəskin xarakter ala bilər"

Kapital Bazarı Assosiasiyasında yeni təyinatlar

Tarixdə ilk dəfə olaraq qızılın qiyməti 3750 dolları keçdi
