Kanada Çinin elektrik avtomobillərinə 100 faiz vergi tətbiq etməyi planlaşdırır
Kanada Çinin elektrik avtomobillərinə 100 faiz vergi tətbiq etməyi planlaşdırır. Bundan əlavə, Çindən gələn polad və alüminium məhsullarına 25 faizlik gömrük rüsumunun tətbiqi də nəzərdə tutulur.
Kanada hökuməti tezliklə Çindən ölkəyə idxal olunan elektrik avtomobillərinə 100%, polad və alüminiuma isə 25% tariflər tətbiq edəcək.
Marja xəbər verir ki, bunu Baş nazir Kastin Trüdo jurnalistlərə açıqlamasında bildirib.
"Biz tezliklə Çin istehsalı olan elektrik avtomobillərinə 100%, Çin polad və alüminiumuna isə 25% tariflər tətbiq edəcəyik", - deyə baş nazir bildirib.
Trüdo izah etdi ki, bu tədbirlər Kanadanın maraqlarını qorumaq üçün tətbiq edilir, çünki "Çin digər ölkələrlə eyni qaydalarla oynamır".
Kanada hökuməti Baş nazirin çıxışından sonra yaydığı bəyanatda, Çinin elektrik avtomobillərinin, o cümlədən yük maşınlarının və avtobusların idxalına tariflərin oktyabrın 1-dən, polad və alüminiuma isə oktyabrın 15-dən etibarən tətbiq ediləcəyini açıqlayıb.
XXX
Kanada Çin istehsalı olan elektrik avtomobillərə, alüminium və polada yeni tariflər tətbiq etməyi planlaşdırır.
Marja.az Bloomberg-ə istinadən xəbər verir ki, Kanada hökuməti elektromobillərə 100 faiz, polad və alüminiuma isə 25 faiz vergi tətbiq etməyi planlaşdırır.
Kanadanın baş naziri Kastin Trüdonun bu qərarı Nazirlər Kabinetinin iclasında açıqlayacağı gözlənilir.
Əsasən ABŞ ilə ticarətə söykənən bir iqtisadiyyat olan Kanada, Bayden administrasiyasının Çinin elektrik avtomobillərinə, batareyalarına, günəş batareyalarına, polad və digər məhsullarına daha yüksək tarif tətbiq üçün atdığı addımları yaxından izləyir.
Kanadanın avtomobil sənayesi ən yaxın qonşusu ilə yüksək dərəcədə inteqrasiya olunub: Keçən il 1,5 milyon ədəd yüngül avtomobil istehsalının böyük əksəriyyəti ABŞ-a ixrac edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
20 d. əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibbi mərkəzləri tikiləcək
-
1 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
-
3 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
3 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
4 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bu gün Bakıda dəyəri 5,5 milyard dollarından çox olan sazişlər imzalanıb
Son Xəbərlər

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - uçotada olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
Ən çox oxunanlar

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq

Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu

Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"

Porsche-nin səhmləri 8% ucuzlaşdı
