AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
(®) Sizin yerli Avropa bankınız AccessBank, ölkədə nağdsız ödənişlərin təşviqi və müştərilərə rahat maliyyə həllərindən istifadə imkanlarını yaratmaq məqsədi ilə, “Google Pay” rəqəmsal cüzdandan istifadə edənlər üçün xüsusi keşbek kampaniyası təqdim edir.
Kampaniya çərçivəsində Google Pay vasitəsilə minimum 10 AZN dəyərində birinci əməliyyat üzrə bütün müştərilərə 2 AZN keşbek ödənilməsi təmin ediləcək.
Kampaniya 22.08.2024-cü il tarixindən 31.10.2024-cü il tarixinədək qüvvədir.
Kampaniyaya qoşulun, Google Pay və AccessBank ilə alış-verişlərinizdən faydalanın!
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 saat sonra
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
16 d. əvvəl
Dünya Bankı Xəzər dənizi ilə bağlı regional ekoloji layihəni maliyyələşdirir
-
- 19 d. əvvəl
-
24 d. əvvəl
Xalq Bank ölkənin ən çox vergi ödəyən 100 şirkəti sırasındadır
- 47 d. əvvəl
-
1 saat əvvəl
“Bank Respublika”nın “Qızıl Seçim” lotereyasının ikinci tirajına sayılı günlər qaldı
-
2 saat əvvəl
ABŞ ordusu İran limanlarına qarşı dəniz blokadasına başlayır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Tarixi an: PAŞA Bank səhmlərinin abunə yazılışı başladı!
Xalq Bank ölkənin ən çox vergi ödəyən 100 şirkəti sırasındadır
ABŞ ordusu İran limanlarına qarşı dəniz blokadasına başlayır
Neft blokada xəbəri ilə bahalaşıb
Bu gün "PAŞA Bank"ı 1 milyard manatdan çox bazar dəyrinə çatdıra biləcək "səhmlərin abunə yazılışı" başlayır
Ən çox oxunanlar
Tramp: Hörmüz Boğazını blokadaya alacağıq
Macarıstanda 16 illik hakimiyyətin sonu
AYNA taksilərlə bağlı qaydaların dəyişdiyinə dair yayılan xəbərlərə aydınlıq gətirib
"Bank of Baku" “Top 100” vergi ödəyicisi siyahısında - BANK ÖTƏN İL 15 MİLYON MANAT VERGİ ÖDƏYİB
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb


















