Avtomobil lizinqi şirkəti yeni səhmdarlar cəlb edib - ADLARI
Avtomobil lizinqi şirkəti "International Leasing" ASC-nin səhmdarlarının sayı artıb.
Marja.az xəbər verir ki, Şirkətin səhmdarlarının sayı 1 fiziki şəxsdən 3 fiziki şəxsə yüksəlib.
Belə ki, yeni səhmdar cəlbindən öncə "İnternational Leasing" ASC-nin nizamnamə kapitalının 100%-i Həsənov Nicat Vaqif oğluna məxsus idi.
2024-cü ilin İyun ayında yeni səhmlərin emissiyası yolu ilə bankın nizamnamə kapitalı 950 min manat artırılaraq 1 milyon manata çatdırılıb. Yeni səhmlər Həsənov Nicat Vaqif oğlu ilə bərabər Həsənov Rifat Vaqif oğlu və Cabbarova Leyla Vaqif qızı tərəfindən də əldə edilib. Nəticədə, "İnternational Leasing" ASC-nin niamnamə kapitalının 45%-i (450 min manatı) Nicat Həsənova, digər 45%-i (450 min manatı) Rifat Həsənova və 10%-i (100 min manatı) Leyla Cabbarovaya məxsusdur.
Qeyd edək ki, "International Leasing" ASC 2024-cü ilin 1-ci yarısını 133 min manat xalis mənfəət ilə başa vurub. Şirkət ilk 6 ayda təxminən 179 min manat faiz və qeyri-faiz gəlirləri əldə edib.
Əlavə edək ki, Həsənov Rifat Vaqif oğlu "International" Bank Olmayan Kredit Təşkilatının Müşahidə Şurasının sədri, Həsənov Nicat Vaqif oğlu isə Təşkilatın İdarə Heyətinin sədridir.
"BOKT International" QSC-nin 100%-i Həsənov Rifat Vaqif oğluna məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)


.jpg)


