ARDNF Çin Xalq Respublikasında bır sıra görüşlər keçirib
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri baş tutub.
ARDNF-in yaydığı məlumatda bildirilir ki, səfər çərçivəsində nümayəndə heyəti 24-cü Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisinin açılış mərasimində iştirak edib və bir sıra dövlət və özəl sektor qurumları ilə görüşlər keçirib.
Çin Xalq Respublikasının Dövlət Şurası Baş nazirinin müavini He Lifeng və digər dövlət qurumlarının nümayəndələri ilə 7 sentyabr tarixində keçirilən dəyirmi masa görüşündə iki ölkənin suveren sərvət fondlarının birgə fəaliyyəti üçün mövcud olan imkanlar, potensial tərəfdaşlıq sahələri, eləcə də investisiya tədbirləri çərçivəsində davamlı inkişaf və yaşıl enerji təcrübələrinin tətbiqinə dair fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində həmçinin Çin İnvestisiya Korporasiyası sədrinin müavini Liu Haolinq, “Blackstone” investisiya qrupunun prezidenti Conatan Qrey, “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flatt, Çin Xalq Bankının sədr müavini Xuan Changneng, Çinin “China Energy Engineering Corporation”, “CATL”, “HiTHIUM” və digər sənaye və enerji şirkətlərinin rəhbər nümayəndələri ilə görüşlər keçirilib və ARDNF-nin sözügedən qurumlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və investisiya perspektivləri müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 8 saat sonra
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 14 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























