Ekspert: Türkiyənin BRİCS-ə daxil olması onun Qərblə ticarətinə mənfi təsir göstərə bilər
Türkiyənin BRICS-ə mümkün üzvlüyü onun xarici ticarəti üçün mənfi nəticələrə səbəb ola bilər, çünki ölkənin xarici ticarəti əsasən Avropa İttifaqı ölkələrilədir.
Marja xəbər verir ki, bu fikirləri İqtisadi və Xarici Siyasət Araşdırmaları Analitik Mərkəzinin (EDAM) rəhbəri Sinan Ülgen deyib.
“Hürriyet” qəzeti ekspertdən sitat gətirir : “Türkiyənin Aİ ilə ixrac-idxal münasibətləri balanslıdır, Çinlə isə çox ciddi disbalans var".
Ülgen qeyd edir ki, 2002-ci ildən Türkiyəyə ümumi xarici kapital axını 188 milyard dollara çatıb ki, bunun da 142 milyard dolları Qərb ölkələrindən, o cümlədən 119 milyard dolları Avropa İttifaqından gəlib.
Analitik mərkəzin rəhbəri deyir ki, BRİCS ölkələrindən Türkiyəyə eyni dövrdə kapital axını 14 milyard dollar təşkil edib. O, həmçinin hesab edir ki, Türkiyənin BRİCS-ə üzv olması qərb tərəfdaşlarının kapital ixracı ilə bağlı davranışlarının dəyişməsinə səbəb ola bilər.
“Dünya” qəzeti mövzu ilə bağlı şərhində yazır ki, Türkiyənin Qərblə ticarət profisiti, BRİCS ölkələri ilə isə kəsiri var. “Rusiya ilə tədiyyə balansının kəsiri 58 milyard dollar, Çinlə 38 milyard dollar, ümumi kəsir 45,2 milyard dollardır”, - nəşr qeyd edir. "Sual olunur ki, Türkiyə yeni yoldadır, yoxsa yeni nizama [çoxqütblülük] ayaq uydurmağa çalışır? Türkiyə, Aİ-nin onun tamhüquqlu üzvlüyü ilə bağlı mövqeyinə cavab verməyə hazırlaşır?" - "Dunya" yazır.
Bir çox türkiyəli ekspertlər Türkiyənin BRİCS-ə üzv olmaq üçün müraciət etmək qərarına onun uzunmüddətli Avropaya inteqrasiya prosesindən məyus olmasının təsir etdiyi ilə razılaşırlar. Ankara 2005-ci ildən Aİ üzvlüyünə rəsmi namizəddir.
"Bloomberg" daha əvvəl xəbər vermişdi ki, Türkiyə hakimiyyəti bir neçə ay əvvəl BRİCS-ə üzv olmaq üçün ərizə verib. Agentliyin məlumatına görə, üzvlük məsələsinə Türkiyə lideri Tayyib Ərdoğanın dəvət olunduğu, Kazanda oktyabrın 22-24-də keçiriləcək BRİCS sammitində baxıla bilər. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ötən həftə Türkiyənin BRİCS-ə müraciət etdiyini və ona baxılacağını təsdiqləyib.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB



















