Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) pul siyasəti və faiz dərəcəsi ilə bağlı əlavə addım atmadı. Bank faizini 50 faiz səviyyəsində saxlayıb.Türkiyə Cümhuriyəti Mərkəzi Bankı (TCMB) faiz dərəcəsini 50 faiz səviyyəsində dəyişməz saxlayıb.
Marja.az xəbər verir ki, bi bardə Bankın iclasdan sonra yaydığı press-relizdən məlum olur.
Bazarlar da TCMB-nin faizini dəyişməyəcəyini gözləyirdi.
TCMB ardıcıl 6-cı iclasda da faizini sabit saxlayıb.
TCMB-nin press-relizində bildirilir:
"Avqust ayı üzrə aylıq inflyasiya göstəriciləri bütövlükdə araşdırıldıqda əsas tendensiyanın ciddi dəyişiklik göstərmədiyi təxmin edilir. İdarə Heyəti qeyd edib ki, inflyasiya gözləntiləri və qiymət davranışı inflyasiya prosesi üçün risk faktoru olmaqda davam edir.
Daxili tələbin sabitləşməsi, türk lirəsinin real bahalaşması aylıq inflyasiyanın tendensiyasını azaldacaq və dezinflyasiya prosesini gücləndirəcək. İdarə Heyəti faiz dərəcəsini sabit saxlamaq qərarına gəlsə də, inflyasiya ilə bağlı yüksələn risklərə qarşı ehtiyatlı mövqeyini bir daha təkrarladı. Aylıq inflyasiyanın əsas tendensiyasında əhəmiyyətli və daimi azalma əldə olunana qədər sərt pul siyasəti davam etdiriləcəkdir. İnflyasiyanın ciddi və daimi pisləşməsi proqnozlaşdırılarsa, siyasət alətlərindən istifadə olunacaq".
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 11 saat sonra
-
-
5 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
5 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
6 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
6 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
7 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb

























