Azərbaycanın beş startapı ABŞ-da qlobal sammitdə iştirak edəcək
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) “Roadshow” layihəsi ilə ölkənin startaplarına dəstək göstərməyə davam edir.
Agentlikdən bildirilib ki, layihə çərçivəsində oktyabrın 28-dən 30-dək San-Fransiskoda keçiriləcək və dünyanın ən prestijli texnologiya tədbiri hesab olunan “TechCrunch Disrupt 2024” sammitində Azərbaycandan beş startapın (“Polygraf AI”, “iomete”, “Dosty”, “Recepta”, “Adviad”) iştirakı nəzərdə tutulub.
Sammitdə Azərbaycanı təmsil edən startaplardan biri “Recepta” “Startup Battlefield” müsabiqəsinin seçim mərhələsindən uğurla keçərək müsabiqədə iştirak hüququ əldə edib. Builki müsabiqənin ilkin mərhələsinə 200 startap qatılacaq, final mərhələdə isə 20 startapın investorlar önündə təqdimatı (“pitching”) baş tutacaq. Qalib komanda 100 min dollar məbləğində mükafat alacaq.
“Recepta” startapı kağız qəbzlərə olan tələbatı minimuma endirərək, ətraf mühitin qorunmasına və “yaşıl dünya”ya keçidi mümkün edən həllər təklif edir. Sammitdə iştirak edəcək digər Azərbaycan startapları süni intellektlə bağlı risklərin qarşısının alınması və aşkarlanması (“Polygraf AI”), data idarəetməsi (“iomete”), ev heyvanlarının baxımı (“Dosty”) və hərtərəfli rəqəmsal marketinq (“Adviad”) həlləri təklif edir.
Qeyd edək ki, “Roadshow” layihəsi Azərbaycanın startap ekosistemində fəallığı ilə seçilən startapların ən nüfuzlu beynəlxalq tədbirlərdə iştirakına dəstək olmaq məqsədilə həyata keçirilir. Son iki il ərzində Azərbaycan startapları “TechCrunch Disrupt”la yanaşı, “Web Summit”, “Latitude 59”, “Money 20/20”, “Pirate Summit 2023”, “4YFN Barcelona 2024” və “GITEX” kimi nüfuzlu sammit və konfranslarda iştirak ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 4 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
9 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
10 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
10 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)







.jpg)





