Rəsmi Moskva: Azərbaycana təzyiq göstərmək faydasızdır
Azərbaycana təzyiq göstərmək faydasızdır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
COP29 öncəsi Qərbin Azərbaycana təzyiqi barədə danışan Rusiya XİN sözçüsü qeyd edib ki, iqlim dəyişikliyi qərbli siyasətçilər tərəfindən çox tez-tez siyasi rıçaq kimi istifadə olunur: “Bu, ABŞ-nin klassik taktikasıdır. Hər il növbəti COP konfransı öncəsi Vaşinqton bu tədbirin sədri olan dövlətə təzyiqi arıtırır. Biz bunu 2022-ci ildə Şarm-əl Şeyxdə keçirilən COP öncəsi, ötən il Dubayda keçirilən tərəflərin konfransı zamanı da görmüşdük. İndi də uydurulmuş bəhanə altında COP29-un sədr dövləti Azərbaycana təzyiqin artırıldığını müşahidə edirik. Düşünürəm ki, Azərbaycana təzyiq göstərmək faydasızdır. Azərbaycana müxtəlif məsələlərlə bağlı dəfələrlə təzyiq göstəriblər. Məsələ ondadır ki, söhbət təkcə suveren dövlətə təzyiq göstərməyin yolverilməzliyi barədə prinsipial mövqedən getmir, söhbət ondan gedir ki, bu mövzu Birləşmiş Ştatların özlərinə sərfəli olan qərarların qəbul edilməsi üçün hamının başına vuracağı növbəti siyasi dəyənəyi deyil, real mütəxəssislərin cəlb olunmasını tələb edir”.
Onun sözlərinə görə, bu cür saxta xəbərlər iqlim dəyişikliyi ilə bağlı məşhur mövzu ətrafında süni şəkildə ajiotaj yaratmaq üçün istifadə olunur: “Reallıqda Birləşmiş Ştatlar və digər Qərb ölkələri iqlimin maliyyələşdirilməsi üçün yeni kollektiv kəmiyyət məqsədinə dair razılaşmanı, eləcə də karbon vahidləri üçün beynəlxalq bazarın yaradılması üzrə konsensusun əldə edilməsini faktiki şəkildə sabotaj edirlər”, deyə Zaxarova yekunlaşdırıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 13 saat sonra
-
- 8 saat sonra
-
8 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
8 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
8 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb









.jpg)










