Unibank-ın vəziyyəti açıqlandı
2024-cü ilin 9 ayı üzrə Unibankın xalis mənfəəti 17,6 milyon manat təşkil edib.Unibank 2024-cü ilin 3-cü rübü ərzində də aktiv kreditləşməni həyata keçirərək, ölkə iqtisadiyyatına öz töhfəsini verməkdə davam edib.
Bankın yaydığı press-relizdə bildirilir ki, 2023-ci ilin üçüncü rübünün nəticələri ilə müqayisədə bu ilin müvafiq dövründə “Unibank”ın ümumi kredit portfelinin həcmi 96 milyon manat artıb. Bu artımda biznes kreditlərinin artımı əhəmiyyətli olub. Yeni strateji hədəflərində real sektorun inkişafına xüsusi yer ayıran Bankın, prioritetlərinə uyğun olaraq, biznes kreditlərinin həcmi ümumi kredit portfelinin tərkibində genişlənməkdə davam edib. Ötən ilin analoji dövrü ilə müqayisədə biznes kreditlərinin ümumi kredit portfelində payı 30 sentyabr 2024-cü il tarixinə 5%-dək artıb.
Ümumilikdə isə biznes kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq, 409 milyon manata yaxınlaşıb. Uyğun olarq, biznes kredit portfelinin həcmi 55 %, verilən biznes kreditlərinin həcmi isə 55,3 % artıb. Yeni kreditlərin sayında da 50 %-dək yüksəlmə qeydə alınıb.
Bununla yanaşı, mikrokreditlərin biznes portfeldə həcmi 24%, hesabat dövründə verilmiş mikro kreditlərin həcmi isə 20 % artıb. Unibank regionlarda və ucqar kəndlərdə mikro sahibkarlara müxtəlif sektorlar üzrə kredit əlçatanlığını artırmaqla, maliyyə inklüzivliyinə və sosial-iqtisafi inkişafa töhfə verməkdədir. İlin ilk 9 ayının nəticələrinə görə, mikro kreditlər üzrə portfelin 70 %-ə yaxını regionların payına düşür.
Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov bildirib ki, bu ilin ilk doqquz ayının nəticələri, nəzərdə tutulan hədəflərə uyğundur:
“Maliyyə göstəriciləri qarşıya qoyduğumuz hədəflərin realizasiyasına nail olduğumuzu göstərir. Yeni strateji dövrün çağırışlarına və hədəflərinə uyğun olaraq, KOB müştərilərimiz üçün loyallıq və əlavə dəyər yaradan bankçılıq mühiti formalaşdırmaq istiqamətində fəaliyyətimiz davam edir. Yeni rəqəmsal həllərimiz maliyyə əlçatanlığını artırmaqla yanaşı, bizneslərin dayanıqlı inkişafına əhəmiyyətli dəstəyini göstərəcəkdir. Həm biznes, həm də pərakəndə müştərilərimizə münasibətdə, fəaliyyətimizin və bankçılıq xidmətlərimizin ESİ (Ekoloji, Sosial və İdarəetmə) prinsiplərinə uyğunluğuna xüsusi diqqət edirik. Bugünlərdə bazara təqdimatı nəzərdə tutulan və ölkəmiz üçün ilk olan müstəqil beynəlxalq qiymətləndirici tərəfindən yaşıl maliyyələşmə meyarlarına uyğun istiqrazların buraxılması, bu istiqamətdə Bankımız tərəfindən işlərin diqqətdə saxlanıldığını göstərməklə yanaşı, “təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilmək” milli prioritetini dəstəkləməsi baxımından məsuliyyətli korporativ vətəndaş kimi Bizim üçün qürurvericidir. Yüksək gəlirli bu istiqrazlar, ekoloji təmiz gələcəyə yatırım etmək istəyən hər bir investor üçün uğurlu seçim olacaq. Yaşıl istiqrazların emissiyasından əldə ediləcək vəsaitlərin bərpa olunan enerji, çirklənmənin qarşısının alınması, təmiz nəqliyyat, habelə iqlim dəyişmələrinin mitiqasiyası və adaptasiyası üzrə digər dayanıqlılıq prinsiplərinə uyğun layihələrin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur”.
Hesabat dövrü bu hədəflərin bir hissəsi olan nağdsız dövriyyənin ciddi artımı ilə də yadda qalıb. Üçüncü rübün sonuna nağdsız əməliyyatların həcmi 41 % çoxalaraq, 8,9 milyard manata yaxınlaşıb. Unibank kartları üzrə nağdsız əməliyyatların sayı isə 48 % artaraq, 261 milyonu ötüb.
Ötən müddət ərzində “Unibank”ın depozit portfeli də böyüyüb. Ümumi depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 108 milyon manat artmaqla, bu ilin üçüncü rübünün yekununda 1 milyard 232 milyon manat təşkil edib.
Hesabat dövründə əsas maliyyə göstəricilərində artım qeydə alınıb. 30 sentyabr 2024-cü il tarixinə Bankın əməliyyat mənfəəti 50 milyon manat təşkil edib. Dövr ərzində Bankın məcmu gəlirləri 24 milyon manat artıb. Bununla da üçüncü rübün sonuna faiz və qeyri-faiz gəlirləri 257 milyon manata yüksəlib. Bu artımların fonunda bankın xalis mənfəəti 17,6 milyon manat təşkil edib.
Dövr ərzində Bankın kapital mövqeyi də xeyli güclənib. Məcmu kapital ötən ilin 3-cü rübü ilə müqayisədə 11 %-dən çox artaraq, 169 milyon manat olub. 2024-cü ilin ilk doqquz ayında Bank kapital adekvatlığını yüksəldib. Belə ki, ilin üçüncü rübünün sonuna bankın kapital adekvatlıq əmsalı artaraq, 12,9 %-ə yaxınlaşıb. Hesabat dövrünün sonuna bankın aktivləri də 12% artaraq, 1 milyard 716 milyon manat olub.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
9 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
9 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
























