"Agro Dairy" ilə Macarıstan Universiteti arasında memorandum imzalanıb
(®) "Agro Dairy" ilə Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Bir müddət öncə, Samux rayonu Heydər Əliyev Mərkəzində "Agro Dairy" şirkəti ilə Macarıstan nümayəndə heyəti arasında geniş tərkibli press-konfrans baş tutub. Tədbirdə Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma, Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin (MATE) rektoru professor Csaba Gyuricza, "Agro Dairy" şirkətinin bitkiçilik üzrə icraçı direktoru Ramil Məmmədov və baş icraçı direktorunun müşaviri Kristof Hartiq iştirak ediblər.
Press-konfrans zamanı professor Csaba Gyuricza, 2023-cü ilin yazında "Agro Dairy" ilə MATE arasında imzalanan strateji əməkdaşlıq çərçivəsində "MATE Global Azərbaycan" konsepsiyasının növbəti mərhələsini elan edib. Bu mərhələ çərçivəsində 2024-cü ilin dördüncü rübündən etibarən MATE Global kampusunda kənd təsərrüfatı sahəsində qısa müddətli kurslar və peşə təlimlərinə start veriləcək. Təlimlər dəqiq kənd təsərrüfatı, texniki tədqiqatlar və su idarəetməsi kimi sahələrdə mütəxəssislərin peşəkar inkişafına yönələcək.
Nümayəndə heyəti Samux səfəri çərçivəsində Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev ilə görüş keçirərək, "Agro Dairy" şirkətinin rayondakı təsərrüfat sahələrinə səfər ediblər. Səfər zamanı nümayəndələr şirkətin innovativ kənd təsərrüfatı yanaşmaları ilə tanış olub, qarşılıqlı təcrübə mübadiləsi aparıblar.
Qeyd edək ki, Macarıstan nümayəndə heyəti Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetində də rəsmi səfərlər edərək, kənd təsərrüfatı və təhsil sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
21 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 17 saat sonra
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 5 saat əvvəl
-
19 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
21 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























