JAC yük avtomobilləri satış mərkəzi "Rebuild Karabakh" sərgisində iştirak edib - FOTO
(®) JAC yük avtomobilləri satış mərkəzi, Azərbaycanın iqtisadi inkişafına və Qarabağın infrastrukturunun yenidən qurulmasına töhfə vermək məqsədi ilə keçirilən 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində (Rebuild Karabakh) iştirak edib.
15-17 oktyabr tarixlərində baş tutan sərgidə, regionun yenidən qurulması və inkişafı üçün mühüm bir platforma olaraq, biznes liderləri, dövlət nümayəndələri və mütəxəssisləri bir araya gəlib. Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgidə 22 ölkədən 380-dаn artıq şirkət yer alıb.
Qeyd edək ki, JAC yük avtomobillərinin Azərbaycandakı rəsmi distributoru ölkənin avtomobil bazarında qabaqcıl şirkətlərdən biri olan Auto Azərbaycan şirkətidir. Sərgidə JAC brendinin müxtəlif yük avtomobili modellərini və müştərilərə etibarlı və səmərəli yük daşınması həlləri təqdim olunub.
Sərgi çərçivəsində Auto Azərbaycan şirkətinin satış nümayəndələri, JAC yük avtomobillərinin texniki üstünlükləri, yanacaq sərfiyyatı və müştəri xidmətləri haqqında ətraflı məlumat veriblər. Eyni zamanda, B2B formatında keçirilən işgüzar görüşlərdə iştirak edən nümayəndələr, gələcək əməkdaşlıqlar və tərəfdaşlıq əlaqələri qurmaq istiqamətində müzakirələr aparıblar.
Əlaqə məlumatları:
(051) 280-50-73
(010) 260-88-01
Hökməli qəs., Şamaxı şosesi, 15-ci km
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
21 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 17 saat sonra
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 5 saat əvvəl
-
19 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
21 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















