Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Cümə axşamı günü Avropa Mərkəzi Bankının (AMB) faiz dərəcəsini 3.40%-ə qədər endirməsi fonunda avro dollar və funt-sterlinq qarşısında ucuzlaşdı. EUR/USD valyuta cütlüyü tənzimləyici qurumun toplantı protokolları dərc olunduqdan sonra 1.0810 həddinə qədər eniş etsə də, daha sonra bir qədər bahalaşıb və hal-hazırda 1.0841 səviyyəsində ticarət olunur. EUR/GBP cütlüyü isə ötən gün ərzində 0.8364 səviyyəsindən 0.8318 səviyyəsinə qədər ucuzlaşıb.
Qızılın qiymətləri dünən rekord həddə çatdı. Buna səbəb olan əsas amillər kimi ABŞ-da prezident seçkiləri və Yaxın Şərqdəki müharibə ilə bağlı qeyri-müəyyənlik fonunda investorların təhlükəsiz maliyyə aktivləri axtarmasıdır. Eyni zamanda, mərkəzi bankların monetar siyasətini yumşaltması qiymətli metalın dəyərinin artmasına dəstək olmağa davam edir.
Ötən gün AMB keçirdiyi toplantıdan sonra faiz dərəcəsini 25 baza bəndi azaldaraq 3.65%-dən 3.40%-ə qədər endirdi. Eləcə də, “Eurostat” statistika idarəsinin verdiyi məlumatlara əsasən, sentyabr ayında Avrozonada istehlak qiymətləri illik ifadədə 1.7% artıb. Qeyd olunur ki, inflyasiya avqust aynda qeydə alınmış 2.2% səviyyəsindən azalaraq 2021-ci ilin aprelindən bəri ən aşağı həddə enib.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) isə ardıcıl yeddinci iclasdan sonra əsas faiz dərəcəsini dəyişməyib. Uçot faiz dərəcəsi illik 50% səviyyəsində qalıb və analitiklərin proqnozlarını təkrarlayıb.
ABŞ-da 2024-cü ilin sentyabr ayında Pərakəndə Satış Dövriyyəsinin Həcmi avqust ayı ilə müqayisədə 0.4% artıb. Analitiklər orta hesabla 0.3%-lik artım proqnozlaşdırmışdılar. Həmçinin, ölkənin Sənaye Sektorunda İstehsal Həcmi əvvəlki ay ilə müqayəsədə sentyabr ayında 0.3% azalıb, İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı isə 260 mindən 241 minə qədər azalıb.
Bugün Böyük Britaniyada Pərakəndə Satış Dövriyyəsinin Həcminə dair məlumatlar açıqlanacaq. Belə ki, sentyabr ayında göstəricinin aylıq ifadədə 0.3 azaldığı proqnoz olunur. Eləcə də, Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da tikinti sektoruna aid dərc olunacaq göstəricilər investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 29 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hörmüz boğazı bir az da bağlı qalsa neftin qiyməti 150 dollara çata bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
WSJ: Tramp Hörmüz boğazı bağlı qalsa belə müharibəni bitirməyə hazırdır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pezeşkian: “Atəşkəs İran xalqının təhlükəsizliyi və maraqlarının təmin olunmasından asılıdır”
-
2 saat əvvəl
Uber, lüks seqment xidmətini gücləndirmək üçün Blacklane startapını satın alır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Azərbaycan neftinin qiyməti 128 dolları ötüb
Neft treyderləri səbirsizliklə aprelin 6-sını gözləyirlər
İrandan Trampın Xark adası planına sərt cavab
Ən çox oxunanlar
Ağ Ev: İran danışıqlarda ABŞ-ın bəzi tələblərini qəbul edib
Pezeşkian: “Atəşkəs İran xalqının təhlükəsizliyi və maraqlarının təmin olunmasından asılıdır”
Bayramovla Əraqçi arasında telefon danışığı baş tutub
Müharibə Avrozonada inflyasiya gözləntilərinə təsir edib
Almaniyada inflyasiya İrandakı müharibənin təsiri ilə 1,5 ilin ən yüksək səviyyəsindədir
























