Vergi Xidməti: Azərbaycanda MMC-lər qiymətləndiriləcək
Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 90 %-dən çoxu Məhdud Məsuliyyətli Cəmiyyətlərdir (MMC).
Bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva İşçi qrupunun iclasında deyib.
Onun sözlərinə görə, Dünya Bankının “Business Ready” hesabatı çərçivəsində aparılacaq qiymətləndirmə zamanı MMC-lər diqqət mərkəzində olacaq: “Metodologiya əsas götürülərək sorğular MMC-lər üzərindən aparılacaq və nəticələr də bu subyektlər üzərində qurulacaq”.
S. Musayeva əlavə edib ki, əsas məqsəd yalnız Dünya Bankının qiymətləndirməsində müsbət nəticələr əldə etmək deyil, həm də qeydiyyat prosesini davamlı olaraq təkmilləşdirməkdir: “Qanunvericilikdə edilən dəyişikliklər təkcə qiymətləndirmə ballarına deyil, ümumi iş mühitinin yaxşılaşdırılmasına yönəlib. Bu dəyişikliklər bir-birini tamamlayır və dövlət orqanlarının rəqəmsallaşma ilə bağlı öhdəliklərini gücləndirir. Eyni zamanda, bəzi sadələşdirmələr də həyata keçiririk”.
Qeyd edək ki, Azərbaycanın Dünya Bankının “Business Ready” hesabatına 2025-ci ilin sentyabrında daxil ediləcəyi gözlənilir. Bu ilin oktyabr ayında 50 ölkənin daxil olduğu yeni hesabatın ilk buraxılışı dərc edilib. Bu hesabat dərci dayandırılmış "Doing Business" hesabatını əvəz edəcək və gələn ildən daha çox ölkə iqtisadiyyatların əhatə olunacağı gözlənilir. "Business Ready" hər hansı şirkətin fəaliyyətinin başlanma, davam etmə, bağlanma və yaxud yenidən təşkili mərhələlərini əhatə edən 10 mövzuya fokuslanacaq: biznesə giriş, biznesin yerləşməsi, kommunal xidmətlər, əmək münasibətləri, maliyyə xidmətləri, beynəlxalq ticarət, vergi, bazarda rəqabət, mübahisələrin həlli və müflisləşmə.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 16 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?























