"Azərkosmos" İtaliyanın “Leaf Space” şirkəti ilə əməkdaşlığı genişləndirir - MÜQAVİLƏ İMZALANIB
"Azərkosmos" və İtaliyanın yerüstü idarəetmə üzrə xidmət təminatçısı “Leaf Space” şirkəti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Azərkosmosun Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin Bakı teleportunda 3,7 metrlik S/X diapazonlu anten quraşdırılıb.
Yerüstü stansiyada quraşdırılan müasir anten sistemi müxtəlif peyklərdən toplanan kritik məlumatların emalı və ötürülməsini, peyk şəbəkələri arasında nəzarəti, eləcə də kosmosdakı cihazların monitorinqini həyata keçirmək üçün geniş imkanlar təqdim edir.
Azərkosmosun çoxfunksiyalı teleportu Avropa, Asiya və Afrika ölkələrindən olan müştərilərə – VNO (Virtual şəbəkə operatoru), VSAT (kiçikölçülü anten terminalı), data, rabitə xidmətləri və həlləri təqdim edir. Bakı teleportunun yerləşdiyi coğrafi məkan həm əməliyyat, həm də kommersiya baxımından yeni və daimi müştərilər üçün əlverişlidir. Teleport tələb olunan standartlara uyğun dayanıqlıdır.
Qeyd edək ki, bu anten sistemi “Leaf Space” şirkətinin ölkəmizdə investisiya etdiyi sayca ikinci uğurlu infrastruktur layihəsidir. Xatırladaq ki, 2022-ci ildə şirkət Bakı teleportunda 3,7 metrlik S/X diapazonlu yerüstü anten quraşdırmışdı. Quraşdırılan hər iki anten “Leaf Space” şirkətinə Azərbaycan üzərindən keçən müxtəlif peyklərdən məlumat əldə etmək imkanı yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 3 saat əvvəl
-
16 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
18 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























