Stellantis avtomobil korporasiyasının gəliri 18 faiz azalıb
Stellantis-in yanvar-sentyabr aylarında gəliri 118 milyard avroya düşübFransanın Stellantis avtomobil konserninin (keçmiş Fiat və PSA) xalis gəliri ilk üç rübdə (yanvar-sentyabr) illik müqayisədə 18% azalaraq 117 milyard 977 milyon avroya düşüb.
Marja xəbər verir ki, üçüncü rübdə isə şirkətin gəliri illik müqayisədə 29% azalaraq 33 milyard avro təşkil edib. Stellantis bu dinamikanı əlverişsiz amillərin, o cümlədən tədarükün azalması və xarici valyuta məzənnələrinin təsiri ilə izah edir. Proqnoz 36,08 milyard dollar idi.
Şimali Amerikada üçüncü rübdə gəlir 42% azalaraq 12 milyard 425 milyon avroya düşüb,
Eyni zamanda, fiziki ifadədə ümumi məhsul tədarükləri bu üç ayda 20% azalaraq 1 milyon148 min nəqliyyat vasitəsinə, ilin əvvəlindən isə 13% azalaraq 4 milyon 2 min ədəd təşkil edib.
Stellantis 2021-ci ildə İtaliya-Amerika avtomobil istehsalçısı Fiat Chrysler Automobiles-in (FCA) Fransanın Groupe PSA şirkəti ilə birləşməsi nəticəsində yaradılmış avtomobil korporasiyasıdır. Alfa Romeo, Chrysler, Citroen, Dodge, Fiat, Jeep, Maserati, Opel, Peugeot Korporasiyanın brendləridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
11 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
12 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
13 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI



















