Trampın sosial media şirkətinin səhmləri ABŞ seçkilərindən sonra 62% bahalaşıb
Trampın ABŞ seçkilərində qalib gəlməsindən sonra "Trump Media" şirkətinin səhmləri 62% bahalaşıb.Əksəriyyəti Donald Trampa məxsus olan “Trump Media & Technology Group” şirkətinin səhmlərinin qiyməti ABŞ prezident seçkilərinin ilkin nəticələri fonunda yüksəlib.
Marja.az xəbər verir ki, "Truth Social" sosial şəbəkəsini idarə edən "Trump Media & Technology Group"un (DJT) səhmləri 6 noyabr Çərşənbə günü NASDAQ birjasında premarket ticarəti zamanı 62,02% dəyər qazanaraq bir səhm üçün 54,99 dollara çatıb.
ABŞ-da keçirilən prezident seçkilərinin ilkin nəticələri fonunda səhmlərinin nəzarət paketi Donald Trampa məxsus olan media holdinqin səhmlərinə tələbat artıb.
Noyabrın 5-də ABŞ-da 60-cı prezident seçkiləri keçirilib. Bu posta namizədliyi Respublikaçılar Partiyasından irəli sürülmüş ABŞ-ın keçmiş prezidenti və biznesmen Donald Tramp və demokrat və yarışdan kənarlaşan dövlət başçısı Co Baydeni əvəz etmiş hazırkı vitse-prezident Kamala Harris mübarizə aparırdı.
İlkin məlumatlara görə, Respublikaçı Donald Tramp 279, Kamala Harris isə 223 nümayəndə qazanıb.
"Truth Social" 2022-ci ilin fevralında istifadəyə verilib. Ana şirkəti olan "Trump Media & Technology Group"un səhmləri NASDAQ birjasında ticarət olunur.
İyulun ortalarında kampaniyası zamanı mitinqində Trampa sui-qəsd cəhdindən sonra "Trump Media & Technology Group"un səhmləri kəskin şəkildə bahalaşmışdı. Sonra, Kamala Harisin seçiləcəyi ehtimalının artması ilə, Sentyabr ayının sonlarında, "Trump Media & Technology"nin səhmlərinin qiyməti bir səhm üçün 12 dollardan aşağı düşmüşdü.
"Trump Media & Technology şirkətinin əksəriyyəti ABŞ-ın keçmiş prezidenti Donald Trampa məxsusdur. Birjada siyahıya daxil ediləndən bəri "Trump Media" səhmləri, şirkətə Trampın ABŞ seçkilərində qalib gəlməsinə spekulyativ mərc kimi baxan treyderlər arasında məşhur olub", - Reuters yazıb. Tramp şirkətin 57%-nə sahibdir.
Donald Trump-ın media şirkəti, qısamüddətli investisiyalar da daxil olmaqla, 1 milyon dollarlıq gəlir əldə etdiyini bildirib. "Trump Media & Technology" həmçinin tədqiqat və inkişaf xərclərinin 3,9 milyon dollar olduğunu açıqlayıb.
“Trump Media & Technology Group”un səhmləri son bir ay ərzində 105,7% dəyər qazanıb, lakin bu cür dinamika şirkətin fundamental cəlbediciliyini əks etdirmir, əslində qiymət artımına Donald Trampın Ağ Evə qayıtması ilə bağlı gözləntilər təkan verib.
Mənfəət çatışmazlığından əlavə, şirkətin istifadəçi bazasını genişləndirməkdə problemləri var - "Trump Media & Technology Group" istifadəçilərin sayı barədə məlumat dərc etmir, lakin bəzi hesablamalara görə, "Truth Social"ın auditoriyası gündəlik 1 milyon aktiv istifadəçini keçməyib. Trampın qələbəsi potensial olaraq istifadəçiləri platformaya cəlb edəcək, lakin şirkətin uzunmüddətli perspektivləri haqqında danışmaq çətindir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 8 saat əvvəl
-
-
8 saat əvvəl
KİV: ABŞ və İran arasında anlaşma memorandumu elektron formatda imzalanıb
-
8 saat əvvəl
"Salesforce" süni intellekt şirkəti "Fin"i 3,6 milyard dollara satın alır
-
10 saat əvvəl
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
- 11 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
-
15 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
17 saat əvvəl
Azərbaycan: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
Ən çox oxunanlar
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
İyunun 16-da gözlənilən hava şəraiti
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
İsveçrə "10 milyonluq ölkə" limitinə "yox" deyib
Mis qiymətləri ABŞ-İran razılaşması fonunda yüksəldi
























