"General Motors" qlobal miqyasda rəqabət aparmaq üçün 1000 əməkdaşını ixtisar edir
Dünyanın aparıcı avtomobil istehsalçılarından biri olan General Motors (GM) qlobal avtomobil bazarında rəqabət qabiliyyətini artırmaq və xərcləri azaltmaq üçün dünya üzrə təxminən 1000 əməkdaşını ixtisar edir.
Marja.az-ın məlumatına görə, Şirkətin açıqlamasında bildirilir ki, ixtisarlar əsasən "ağ yaxalıqlı" işçiləri (şirkətdə inzibati işlərə və əməliyyatlara cavabdeh olan menecerləri) əhatə edəcək.
Qərardan təsirlənən işçilərə ötən cümə günü məlumat verilib. GM press-relizində ixtisarları təsdiqləsə də, proses haqqında ətraflı məlumat paylaşmayıb. "Biz sürət və mükəmməllik üçün optimallaşdırma aparmalıyıq. Buraya səmərəli işləmək, düzgün komanda strukturuna sahib olmaq və diqqəti əsas prioritetlərimizə yönəltmək daxildir", - açıqlamada deyilir.
Elektrikli nəqliyyat vasitələrinin transformasiyasında qeyri-müəyyənlik
GM və digər böyük avtomobil istehsalçıları ABŞ-da və bütün dünyada elektrikli nəqliyyat vasitələrinə (EV) keçiddə qeyri-müəyyənliklə üzləşirlər. Bu prosesdə şirkətlər kapital qoyuluşlarını hansı sahələrə yönəldəcəklərini və transformasiya tempini dəqiq müəyyən etməyə çalışırlar. GM elektrik avtomobillərinin akkumulyatorlarına və montaj obyektlərinə sərmayə qoyarkən, qazla işləyən modellərini inkişaf etdirməyə və bu modelləri yeni nəsil avtomobil texnologiyalarına uyğunlaşdırmağa davam edir.
Motorintelligence.com-un məlumatına görə, ABŞ-da elektrikli avtomobil satışları sentyabr ayında 7,2 faiz artaraq 936 min ədədə çatıb. Bu, əvvəlki ilin 47 faizlik artım tempi ilə müqayisədə yavaş artım deməkdir. Bununla belə, 2024-cü ildə elektrikli avtomobil satışlarının keçən ilki rekordu aşması və yeni avtomobil satışlarında EV-in payının 7,9 faizə yüksələcəyi gözlənilir.
2 milyard dollarlıq qənaət hədəfi
GM-in dünya üzrə təxminən 150 000 işçisi var. "Ağ axalıqlı"ların (şirkətin menecmenti) əksəriyyəti Miçiqan ştatının Uorren şəhərindəki texniki mərkəzdə çalışır. Məlumdur ki, ötən ilin sonunda şirkətin dünya üzrə 76 min "ağ yaxalı" işçisi var idi.
GM-in Baş Maliyyə Direktoru Paul Jacobson keçən ay bildirib ki, şirkət ilin sonuna qədər sabit xərclərə 2 milyard dollar qənaət etmək məqsədinə çatmaq yolundadır. Qənaət planının bir hissəsi olaraq, GM keçən aprel ayında təxminən 5 000 "ağ yaxalı" işçini könüllü olaraq işdən çıxarmağı təklif etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
11 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
12 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
13 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















