"ABB-İnvest" COP29 konfransında “yaşıl” investisiyalar mövzusunda təqdimat edib
ABB-İnvest 50 minə yaxın pərakəndə müştərisinə təqdim etdiyi investisiya xidmətlərini 95%-dən çox hissəsinin elektron kommunikasiya kanalı (ABB mobile tətbiqi) üzərindən aparılmasına nail olmuşdurABB-İnvest İnvestisiya Şirkəti QSC-nin (ABB-İnvest) nümayəndəsi Elçin Məmmədov 14 noyabr tarixində Bakıda keçirilən BMT-nin COP29 iqlim dəyişiklikləri konfransında “yaşıl” investisiyaların Azərbaycanda mövcud vəziyyəti və perspektivləri mövzusunda təqdimat keçirmişdir.
Şirkətin yaydığı məlumatda bildirilir ki, təqdimat zamanı “yaşıl” maliyyə alətlərinə investisiyaları təşviq etmək üçün ABB-İnvest tərəfindən həyata keçirilmiş tədbirlər, Azərbaycanda “yaşıl” istiqrazların buraxılması və ticarəti üçün mövcud olan potensial, bu sahənin tənzimlənməsi üçün nəzarət orqanı tərəfindən irəli sürülən qanunvericilik təşəbbüsləri, investorlar arasında maariflərindirmənin tədbirlərinin aparılması zərurəti və digər aidiyyəti məsələlər barədə məlumat konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Daha sonra ABB-İnvestin əsas fəaliyyəti prosesində yaranan “karbon izinin” azaldılması üzrə görülmüş işlər, xüsusilə də yerli və xarici bazarda qiymətli kağızların və törəmə maliyyə alətlərinin alışı və satışı zamanı verilən sifarişlərin rəqəmsallaşdırılması layihəsi barədə iştirakçılara geniş məlumat təqdim edilmişdir.
Təqdimat zamanı bildirilmişdir ki, ABB-İnvest 50 minə yaxın pərakəndə müştərisinə təqdim etdiyi investisiya xidmətlərini 95%-dən çox hissəsinin elektron kommunikasiya kanalı (ABB mobile tətbiqi) üzərindən aparılmasına nail olmuşdur ki, bu da kommunikasiyaların səmərələliyinin artırılması ilə yanaşı kağız sərfiyyatının kəskin azalmasına şərait yaratmışdır.
“Yaşıl” investisiya alətlərinə gəldikdə, konfrans iştirakçılarına bildirilmişdir ki, ABB-İnvest artıq iki ilə yaxındır ki öz müştərilərinə ABŞ fond birjalarında ticarət olunan, alternativ enerji mənbələrinin istifadəsi və ətraf mühitin çirkləndirilməsinin qarşısını alan texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərin səhmlərinə və istiqrazlarına investisiya edən fondların paylarına (yaşıl “ETF”) sərmayə etmək imkanları yaratmışdır.
Bundan əlavə, konfrans iştirakçıların diqqətinə çatdırılmışdır ki, ABB-İnvest hazırda “yaşıl” istiqrazların pərakəndə investorlara kütləvi satışı üçün zəruri resurslara, geniş investor bazasına, qiymətli kağızların kütləvi təklif edilməsi üzrə təcrübəyə və infrastruktura malikdir və bunları bu növ istiqrazların buraxılışı üçün aktiv istifadə etməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 saat əvvəl
-
-
23 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti

























