Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin əsas mahiyyəti açıqlanıb
Azərbaycanda Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər arasında dövlət-özəl sektor tərəfdaşlığı ilə həyata keçirilən layihələrə uzunmüddətli vergi güzəştlərinin tətbiqi xüsusi qeyd olunmalıdır.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
"Bu təşviqlər investisiya qoyuluşunu stimullaşdırmaqla yanaşı, həm də uzunmüddətli dövrdə dövlətin maliyyə yükünün azaldılmasına, istehlakçılar üçün tariflərin aşağı salınmasına, eləcə də daxili istehsalın dəstəklənməsinə yönəlib. Söhbət avtomobil və avtobus istehsalının stimullaşdırılmasından, eyni zamanda "yaşıl iqtisadiyyat"ın təşviq edilməsindən gedir. Maliyyə bazarlarının genişləndirilməsi, habelə film sektoru kimi sosial sahələrin inkişafı üçün təşviqlərin verilməsi nəzərdə tutulur", - deyə o qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, Vergi Məcəlləsinə dəyişikliklə bağlı qanun layihəsinin qəbulu ölkəyə investisiya axınına, əlavə iş yerlərinin yaradılmasına, mikro sahibkarların fəaliyyətinin dəstəklənməsinə, azgəlirli mikrosahibkarın vergi yükünün optimallaşdırılmasına, avtomobil sənayesinin canlandırılmasına və müxtəlif sahələrdə təşviqedici vergi siyasətinin həyata keçirilməsinə səbəb olacaq:
"Təklif edilən paket ölkənin investisiya mühitinin təkmilləşdirilməsinə, iqtisadiyyatın ayrı-ayrı sahələrinə cəlb edilən özəl investisiyaların dəstəklənməsinə, birbaşa xarici investisiyaların artırılmasına, o cmülədən dövlət-özəl tərəfdaşlığı layihələri və dövlətin satınalma öhdəliyi ilə özəl sektor tərəfindən həyaata keçirilən elektrik enerjisi istehsalı layihələrinin dəstəklənməsinə töhfə verəcək".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti






















