Dövlət Vergi Xidməti və DSMF-nin məlumatı arasında uyğunsuzluq aşkar edilib
Hesablama Palatası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təqdim etdiyi məlumatların təhlili zamanı 2023-cü il üzrə müvafiq gəlir göstəriciləri arasındakı uyğunsuzluqların olduğunu müəyyən edib.
Bu barədə Hesablama Palatasının Fondun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Belə ki, Dövlət Vergi Xidməti ötən il məcburi dövlət sosial sığorta haqlarının 5 milyard 197,7 milyon manat təşkil etdiyini bəyan etsə də, DSMF bu rəqəmin 5 milyard 194,6 milyon manat olduğunu bəyan edib.
Bundan başqa, Dövlət Vergi Xidməti il ərzində hesablanmış faiz və maliyyə sanksiyasının 19,5 milyon manat, sanatoriya-kurort yollayışlarının dəyərinin isə 2,2 milyon manat olduğunu bəyan etdiyi halda, DSMF bu göstəricilərin müvafiq olaraq 6,2 milyon manat və 2,1 milyon manat təşkil etdiyini açıqlayıb.
"Məlumatlar arasında fərqin 80,6 %-i hesablanmış faiz və maliyyə sanksiyaları üzrədir. Bu, əsasən hesabatlılıqla bağlı fərqli yanaşmaların tətbiqindən irəli gəlir ki, bu da, Fondun verdiyi məlumata görə, cari ildə hüquqi aktlarda təkmilləşmə edilməsi ilə fondlararası müxabirləşdirmələrin aparılmasının normativ sənəd tələbi baxımından aradan qaldırılıb. Son illər üzrə toplanmış məlumatlar yaranmış fərqin əvvəlki dövrlərin müvafiq göstəriciləri ilə müqayisədə artan yekunla davam etdiyini göstərir", - deyə Rəydə qeyd olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 4 saat əvvəl
-
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti






















