Azərbaycanın sığorta qrupu Xankəndidə filial açdı - FOTO
Meqa Sığorta Qrupu Xankəndidə!Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Xankəndi şəhərində filial açan ilk sığorta şirkəti “Meqa Sığorta” ASC və “Meqa Həyat Sığorta” ASC oldu.
23 noyabr tarixində Meqa Sığorta və Meqa Həyat Sığorta şirkətlərinin rəhbər heyəti Xankəndi şəhərində “Qarabağ” filialının açılışını edib. Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən hüquqi şəxslərə və fərdi müştərilərə xidmət göstərəcək yeni filial həm həyat, həm də qeyri-həyat sığortası məhsulları təqdim edəcək.
Yeni Qarabağ filialı müştərilərə istər icbari, istərsə də könüllü sığorta məhsullarının əlçatanlığını təmin etmək, eləcə də, yüksək səviyyədə keyfiyyətli xidmət göstərmək üçün bütün zəruri şərait və imkanlarla təmin edilib.
Açılış mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları da iştirak edib.
Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 37 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət Bakı və Azərbaycanın müxtəlif regionlarında 16 filial və nümayəndəlik şəbəkəsi və *8778 Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir. Şirkət sığorta yığımlarının, sığorta ödənişlərinin və məcmu kapitalının həcminə görə sığorta bazarının lider şirkətlərindən biridir.
Nizamnamə kapitalı 11 mln. manat olan “Meqa Həyat Sığorta” ASC 2021-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş həyat sığortası xidmətləri göstərməyə icazə verən lisenziya əsasında fəaliyyətə başlayıb. Şirkət həyat sığortası üzrə fiziki və hüquqi şəxslərə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari həyat sığorta, kredit həyat sığortası, ipoteka həyat sığortası, həyatın yaşam sığortası, korporativ həyat sığortası və sağalmaz xəstəliklərdən sığorta xidmətlərini təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri kvartalın inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
14 d. əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
43 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
51 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Ən çox oxunanlar
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir






.jpg)
.jpg)
















.jpg)


